Azərbaycanda Osmanlı inzibati – idarə üsulu. Osmanlılar tutduqları ərazilərdə öz
inzibati idarə sistemlərini yaratdılar. Azərbaycan ərazisi vilayət və bəylərbəyliklərə bölündü.
Bəylərbəyliklər sancaqlardan, sancaqlar isə mahal və nahiyələrdən ibarət idi. Vilayətləri Sultan
tərəfindən təyin edilmiş sərəsgər idarə edirdi. Sancağı bəylər, mahal və nahiyələri yerli
feodallardan təyin olunan naiblər və kəndxudalar idarə edirdi. Kürdən şimaldakı ərazilərdə
Osmanlı qoşunu saxlanılmırdı. Buranı “paşa” titulu almış yerli hakimlər idarə edirdilər.
Dostları ilə paylaş: |