Mühazirə 11 Ə. Mirzəzadə Azərbaycan XVIII əsrin birinci yarısında



Yüklə 282,91 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix11.03.2022
ölçüsü282,91 Kb.
#53580
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
mt-is muhazire-11

1722-ci il iyunun 18-də I Pyotr Həştərxandan hərbi səfərə başladı. Rus qoşunları dəniz və 

quru yolla Dərbəndə doğru irəliləyirdilər. I Pyotr hərbi səfərə başlamamışdan əvvəl Azərbaycan, 

fars,  ərəb  dillərində  Bəyannamə  hazırlatdırıb  Azərbaycana  göndərmişdi.  Orada  Rusiyanın 

planları  pərdələnir  və  göstərilirdi  ki,  guya  hərbi  səfərdə  məqsəd  yerlərdə  əmin-amanlıq 

yaratmaq, rus tacirlərini qarət edənləri cəzalandırmaqdır. Səfəvi dövləti Rusiyanın bu hücumuna 

heç bir müqavimət göstərə bilmədi. 1722-ci il avqustun 15-də rus eskadrası, avqustun 23-də isə 

piyada qoşunları Dərbəndə çatdı. Müqavimət göstərməyin mənasız olduğunu görən şəhər hakimi 

İmanqulu  xan  qala  darvazalarının  açarını  və  “Dərbəndnamə”nin  XVI  əsrə  aid  əlyazmasını  I 

Pyotra təqdim etdi. I Pyotr Senata göndərdiyi məktubunda şəhərdə yaxşı qarşılandığını bildirdi. 

Lakin Azərbaycanın bir çox şəhərlərinin hakimləri ruslara tabe olmaq niyyətində deyildilər. Bakı 

hakimi  Məhəmmədhüseyn  bəy  I  Pyotrun  göndərdiyi  məktubu  qəbul  etmədi.  Avqustun  28-də  I 

Pyotr  geri  qayıtmaq  haqqında  əmr  verdi.  Bunun  səbəbi  İsveçlə  başlana  biləcək  yeni  müharibə 

təhlükəsi və ərzaq gətirən gəmilərin dənizdə fırtınaya düşməsi idi.   



Ancaq  I  Pyotr  Xəzər  hövzəsini  ələ  keçirmək  planından  əl  çəkməmişdi.  1722-ci  ilin 

dekabrında polkovnik Şipovun başçılığı ilə rus eskadrası Rəşti işğal etdi. Rəştdə rus konsulluğu 

yaradıldı və S.Abramov konsul təyin olundu. Matyuşkinin başçılığı ilə rus donanması 1723-cü il 

iyulun  28-də  Bakını  tutdu.  Şəhərin  hakimi  Məhəmmədhüseyn  bəy  Hacı  Davudla  əlaqə 

saxlamaqda  günahkar  bilinib,  qardaşları  ilə  birlikdə  Rusiyaya  sürgün  edildilər  və  elə  orada 

öldürüldülər. Knyaz İ.Baryatinski Bakının komendantı təyin edildi. Bakıdan sonra ruslar Salyanı 

ələ keçirdilər.  


Yüklə 282,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin