2. I Pyotrun Azərbaycana işğalçılıq yürüşü və onun ağır nəticələri
Rusiya yetərincə hərbi-siyasi gücə malik olmadığına görə XVIII əsrə qədər Azərbaycana
qarşı ancaq iqtisadi siyasət həyata keçirmişdir. XVIII əsrin əvvəllərində Rusiya iqtisadi və siyasi
cəhətdən qüvvətləndi və Azərbaycanı hərbi yolla tutmaq planları qurmağa başladı. Çar I Pyotr və
ətrafındakılar hesab edirdilər ki, Azərbaycan Rusiyanın inkişaf etməkdə olan manufakturası üçün
xammal bazası və satış bazarı ola bilər. Rusiya eyni zamanda Xəzər dənizi hövzəsindən keçən
ticarət yolunu ələ keçirib, Avropa ölkələri ilə ticarətdə vasitəçi olmağa çalışırdı. Rus çarı I Pyotr
(1689-1725) Səfəvi dövlətinin ağır vəziyyətindən istifadə edərək öz niyyətini həyata keçirməyə
çalışırdı. I Pyotr Səfəvi dövlətindəki vəziyyəti öyrənmək üçün A.Volınskinin başçılığı ilə 1715-
ci ildə oraya elçilik göndərmiş və ona bir sıra gizli tapşırıqlar da vermişdi. Elçilik karvan yolları,
otlaqlar və müdafiə qüvvələrinin vəziyyətini öyrənməli idi. Eyni zamanda, Peterburq Elmlər
Akade-
miyasının alimləri – İ.Lepexin, S.Qmelin, Klaprot və başqaları elmi axtarışlar adı ilə
Azərbaycanın təbii sərvətlərini öyrənir və qiymətli məlumatları Peterburqa ötürürdülər.
Kəşfiyyat xarakterli məlumatların Rusiyaya ötürülməsində erməni tacirlər canfəşanlıq edirdilər.
Azərbaycan və Xəzər dənizi hövzəsinə dair Osmanlı dövlətinin də öz planları var idi.
Rusiya hər vasitə ilə Osmanlı dövlətinin Xəzər dənizinə yolunu kəsmək istəyirdi. Cənubi
Qafqazın xristian əhalisi, xüsusən də ermənilər Rusiyanın bu işğalçılıq planının həyata
keçməsinə kömək edirdilər. Onlar Rusiya dövlətinə özlərinin himayədarı kimi baxırdılar.
Dostları ilə paylaş: |