Telefon vasitəsilə həyata keçirilən sorğuların başlıca üstünlüyü onun az xərc tələb etməsi və məsafədən asılı olmayaraq sorğunu aparmağın mümkün olmasıdır. Digər müsbət cəhət isə intervüçünün respondentin cavablarına mənfi təsir etməməsidir, çünki tərəflər fiziki cəhətdən bir-birini görmürlər. Bəzi hallarda belə şərait həssas mövzuların müzakirəsi üçün əlverişli qəbul edilə bilər, çünki respondent intervüçünün qarşısında sərbəst deyə bilmədiklərini telefon vasitəsilə daha rahat dilə gətirə bilər.