Onlayn sorğunun əsas problemlərindən biri kimi onun heç kəs üçün əlçatan olmamasıdır. Heç də hər kəsin internetə çıxışının olmadığını nəzərə alsaq, bu, həmin əhali qrupunun əhatə edilməməsi deməkdir. Digər bənzər problem isə heç də hər kəsin kompüterdən istifadə edə bilməməsi ilə bağlıdır. Elə respondentlər ola bilər ki, sırf kompüterdə işləmə bacarıqlarının məhdud olmasına görə göndərilmiş sorğunu doldurmaqda çətinlik çəksinlər. Sorğunun intervüçünün iştirakı olmadan aparılması da onlayn sorğunun zəif cəhətidir. Əgər hər hansı bir sual respondentə qaranlıq qəlırsə, o, bu məsələni yerindəcə aydınlaşdıra bilmir.
Keyfiyyət tədqiqatçıları tərəfindən geniş istifadə edilən sərbəst onlayn intervülarla fiziki olaraq üzbəüz şəraitdə aparılan intervülar arasında çoxsaylı oxşarlıqlar olduğundan onları burada təkrarlamaq ehtiyacı duymayıb, əsas diqqəti onlayn intervü vasitəsilə məlumat toplamağın səciyyəvi xüsusiyyətlərinə yönəldəcəyik. Onlayn intervüları həm yazılı (elektron poçt vasitəsilə), həm də videozəng vasitəsilə həyata keçirmək mümkündür. Yazılı onlayn intervü həm sinxron, həm də asinxron qaydada həyata keçirilə bilirsə, videozəngl vasitəsilə intervü yalnız sinxron qaydada aparılır.
Digər onlayn məlumat toplama üsullarından fərqli olaraq, videointervülarda danışığı yazılı formatda qeyd etmək mümkün olmadığından söhbəti səsyazma vasitəsilə qeyd edib, sonradan mexaniki üsulla emal etmək gərəkdir. Lakin yazılı onlayn intervüda bu cür problem müşahidə olunmur.
Onlayn tədqiqatlar sahəsində böyük təcrübəsi olan Kurasinin elektron poçt vasitəsilə intervü anketinin göndərilməsinə dair fikirlərini nəzərdən keçirmək məqsədəuyğun olardı. Əvvala, sualların istirakçılara göndərilməsi üslubu diqqət mərkəzində saxlanılmalıdır. Belə ki, bir göndərişdə çoxsaylı sualları istirakçılara göndərmək risklidir, çünki belə olan halda istirakçı bütün sualları oxuyub, yalnız bir neçəsinə cavab vermək qərarına gələ bilər ki, bu da müəyyən sualların cavabsız qalması deməkdir. Ona görə də sualları istirakçıya tək-tək, yaxud iki-üç suaı birdəfəyə göndərməklə bütün suallara cavab almaq ehtimalını yüksəltmək olar. Məsələn, 6 açıq sualdan ibarət intervü anketini iki hissəyə bölərək, hərəsində 3 sual olmaqla iki ayrı məktubda göndərmək olar. Onlayn intervülarda açıq suallardan istifadə edildiyindən respondentlər fikirlərini uzun yazılarla ifadə etməkdənsə, daha yığcam ifadə edə bilər ki, bu da tədqiqatçını vacib məlumatlardan məhrum edər. Kurasinin sualların cavablandırılmasına dair məsləhəti bundan ibarətdir ki, suallar açıq olduğundan respondentin onlara hansı formada cavab vermək barədə çaşqınlıq yasamaması üçün intervü suallarının yanında nümunəvi cavablar yerləşdirilə bilər.
Üstünlüklərinə gəlincə isə, onlayn intervü üzbəüz intervüya nisbətən daha az xərc tələb edir — həm araşdırmaçı, həm də istirakçı üçün. Belə ki, tərəflər eyni məkana gəlmək məcburiyyətində olmadıqlarından bu, nəqliyyat xərcini sıfıra endirir. Hər bir intervü üçün kağız çapına və istifadəsinə də ehtiyac qalmır - bütün qeydlər kompüterdə aparıla bilər. İntervü video formatında həyata keçirildiyindən tədqiqatçı istirakçının bədən dili və üz ifadəsini də müşahidə etmək imkanına malik olur.
Başlıca problem olaraq isə Kurasi nəzərə çatdırır ki, onlayn intervüda potensial istirakçılarla əlaqə qurub, onları tədqiqata cəlb etmək ciddi problemlərdən biri kimi qalmaqdadır. Bir çox hallarda istirakçılar elektron poçt ünvanlarına tədqiqatla baglı gələn
Telefon sorğusu.
ÜMUMİ MƏSƏLƏLƏR
Müasir dövrün ən geniş istifadə edilən rabitə vasitələrindən biri telefon (həm mobil, həm də ev) sosial və bazar tədqiqatlarında məlumat toplama metodu kimi geniş yayılıb. Belə sorğularda araşdırmaq telefon vasitəsilə respondentlərlə əlaqə saxlayaraq, sorğular keçirir. Mahiyətcə üzbəüz intervü və sorğulardan bir o qədər fərqlənməsə də, bu məlumat əldəetmə metodunun səciyyəvi xüsusiyyətləri də mövcuddur.
Telefon vasitəsilə həyata keçirilən tədqiqatlar mahiyyətcə həm kəmiyyət, həm də keyfiyyət araşdırması ola bilər. Bu sahədə aparılan tədqiqatları nəzərdən keçirən Fildinq və Tomas qeyd edirlər ki, belə tədqiqatlar bir qayda olaraq konkret faktlar (məsələn, respondentin idman zalına gedib-getmədiyinin soruşulması) haqqında suallardan ibarət sorğularda daha effektiv olur.Təbii ki, sorğu mümkün qədər qısa və sadə olmaqla yanaşı, intervüçü da respondentlə rahatlıqla xoş münasibət yarada bilməlidir. Ümumiyyətlə, telefonda uzun müddət söhbət etməyin bir çoxları üçün narahatlıq doğura biləcəyini nəzərəalsaq, tədqiqatçı belə olan halda cavablandırılması mümkün qədər qısa zaman tələb edən anket hazırlamalıdır.
Seçmə mecmusuna gəlincə isə telefon vasitəsilə aparılan tədqiqatda təsadüfi və təsadüfi olmayan seçmə metodlarından istifadə edilə bilər. Təsadüfi seçmə metodları arasında ən geniş yayılanı təsadüfi zəng metodudur - burada araşdırmaçı adətən hansısa meyar müəyyən etmədən fərdlərə zəng edir. Tədqiqatçı telefon nömrələrini isə müvafiq idarədən əldə edə bilər. Təsadüfi olmayan seçmə metodlarında isə öncədən müəyyənləşdirilmiş meyarları təmin edən respondentin ev, yaxud mobil telefon nömrəsi öncədən əldə edilir, söhbət vaxtı təyin olunur və vaxt gəldikdə ona zəng edilir.