Mühazirə 11. İnternetdən istifadə. Onlayn sorğu


Çatışmazlıq və zəif cəhətlər



Yüklə 31,59 Kb.
səhifə5/9
tarix15.05.2022
ölçüsü31,59 Kb.
#58016
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
İnternet tədqiqat vasitəsi kimi. Mühazirə 11.

Çatışmazlıq və zəif cəhətlər

Intervüçü və respondentin fiziki baxımdan bir yerdə olmaması müəyyən problemlər yarada, tərəflər arasında səmimiyyət və inamın yaranmasına mane ola bilər. Keyfiyyət tədqiqatçıları hesab edirlər ki, belə şəraitdə keyfiyyət xarakterli məsələlərin müzakirə və tədqiq edilməsi həmişə münasib deyil. Digər oxşar problem isə budur ki, tərəflərin bir-birini görə bilməməsi ucbatından of respondent

ona zəng edən şəxsin həqiqi tədqiqatçı olmadığını hesab edə, zəngə cavab verməyə bilər. Eləcə də tədqiqatçı telefonda danışan şəxsin tədqiqatçının istədiyi meyarlara həqiqətən də uyğun gəlib-gəlmədiyini yəqinləşdirməkdə çətinlik çəkə bilər.

Respondentlərlə əlaqələrin yaradılması ilə bağlı qeyd etmək lazımdır ki, tədqiqatçının istifadə edəcəyi siyahıda heç də hər kəsin ev telefonu nömrəsi yoxdur. Bununla yanaşı, müvəqqəti olaraq ev telefonundan məhrum olan insanlarla (məsələn, tələbə yataqxanasında qalanlar) əlaqə qurmaq qeyri-mümkündür. Eşitmə qabiliyyəti məhdud olan şəxsləri telefon vasitəsilə intervü etmək də mümkün olmaya bilər.

Telefonla yanaşı, son dövrlər videozəng vasitəsilə də intervülar aparılır ki, bunun da başlıca üstünlüyü tərəflərin bir-birini görə, intervüçünün respondentin üz ifadəsi və bədən hərəkətlərini müşahidə edə bilməsidir. Hər iki halda da tədqiqatçı söhbəti ən azı səsyazma vasitəsilə yazmalıdır ki, sonradan danışığı təhlil edə bilsin. Lakin əvvəlcədən bu barədə respondentə məlumat verilməli, razılıq əldə edilməlidir.




Yüklə 31,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin