MühaziRƏ 11. Şəxsiyyətyönümlü texnologiyalar


Pedaqoji prosesin səmərəliliyinin xarici (pedaqoji) və da­xi­li (idraki) fəaliyyətin vəhdətindən asılılığı



Yüklə 65,5 Kb.
səhifə3/5
tarix31.07.2022
ölçüsü65,5 Kb.
#62957
1   2   3   4   5
Ders

6. Pedaqoji prosesin səmərəliliyinin xarici (pedaqoji) və da­xi­li (idraki) fəaliyyətin vəhdətindən asılılığı. Pedaqoji prosesin səmərəliliyi 1) pedaqoji fəaliyyətin keyfiyyətindən, 2) şagirdlərin şəxsi təlim, təhsil-tərbiyə fəaliyyətinin keyfiyyətindən asılıdır.
7. Pedaqoji prosesin cəmiyyətin və şəxsiyyətin tələbat­la­rın­dan asılılığı. Təlim-tərbiyə prosesinin gedişi və nəticələri 1) cə­miy­yə­tin tələbatından, 2) cəmiyyətin imkanlarından (maddi-texniki, iq­ti­sadi və b.), 3) pedaqoji prosesin baş verdiyi şəraitdən (mənəvi-psi­xo­loji, sanitar-gigiyenik, estetik və b.) asılıdır.


3. Pedaqoji proseslər silsilə xarakteri daşıyır. Bütün pedaqoji pro­ses­lərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər pro­se­sin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır.
Pedaqoji prosesin hazırlıq mərhələsində prosesin nəzərdə tutul­muş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait ya­ra­dılır. Bu mərhələdə aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya məq­sədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnoz­laş­­dırılması, prosesin inkişafının planlaşdırılması və s.
Pedaqoji prosesin əsas mərhələləri qarşılıqlı əlaqəli, mühüm elementləri özündə birləşdirir. Bu mərhələ özlüyündə digər sis­tem­lərdən nisbi təcrid olunmuş bir sistemdir. Onun aşağıdakı ele­ment­ləri vardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəy­­­yən olun­ma­sı və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşı­lıq­lı təsi­ri; pe­da­qo­ji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və for­ma­ları; əl­ve­rişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini sti­mul­laşdırmaq üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji pro­sesin digər proseslərlə əlaqəsini təmin etmək.
Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm nə­ti­cə çıxarır, həm öyrənir və həm də inkişaf edir. Ona görə də ciddi təh­lil və özünütəhlil pedaqoji ustalığın yüksəldilməsinin ən mühüm şər­tidir. Pedaqoji prosesin gedişi və nəticələri proqnozlara uyğun gəl­­mir­sə, onda səhvin harada, necə və nə üçün buraxıldığını müəy-yən et­mək lazımdır. Praktika göstərir ki, pedaqoq prosesin diaq-nos-ti­kasını və proqnozunu nəzərə almayanda daha çox səhv buraxır. Be­lə proses şa­girdlərin vaxtını almaq, marağını itirməkdən başqa heç bir şey vermir.



Yüklə 65,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin