MühaziRƏ 11. Şəxsiyyətyönümlü texnologiyalar



Yüklə 65,5 Kb.
səhifə4/5
tarix31.07.2022
ölçüsü65,5 Kb.
#62957
1   2   3   4   5
Ders

4.İnnovasiya (ingiliscə “innovation” – sözündən götürülüb, mənası “yenilik” deməkdir) dedikdə geniş mənada təlim, təhsil-tərbiyə pro­se­si­nin gedişini və nəticələrini yaxşılaşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilən yeniıik başa düşülür. İnnovasiya, yəni ye­ni­lik pedaqoji sistemin daxili ehtiyatları hesabına (in – daxili de­mək­dir) baş verir. İnnovasiya keyfiyyətcə təkmilləşmiş pedaqoji sistemdə vəhdət ha­lında götürülmüş ideyalar, proseslər, vasitələr və nəticələrdir. Pedaqoji sistemin yeniləşməsi üçün çox vacib və aktual bir işdir, o, səriştəli təhlil, yaradıcı müəllim tələb edir .
Son onillikdə çox şey dəyişmişdir. Yeni paradiqmalar, kon­sep­­­siyalar, innovasiyalar və investisiyalar (sərmayələr), dövlət stan­dart­ları və alternativ tədris planları, yeni tip məktəblər yara­dıl­mış­dır.
Pedaqoji proses pedaqoji sistemdə baş verir. Pedaqoji sistem kom­ponentlərin (hissələrin) sabit və möhkəm birliyidir. Əgər bu bir­likdə baş verən dəyişikliklər (yeniliklər) müəyyən edilmiş həddi ke­çərsə, onda sistem dağılar, onun yerində başqa xassələri olan yeni sis­tem əmələ gələr. Hər hansı pedaqoji sistemin strukturu bir-birilə qar­şılıqlı əlaqədə olan elementlərin məcmusundan ibarətdir: 1) şa­gird­lər; 2) təlim və tərbiyənin ümumi və xüsusi məqsədləri; 3) təlim və tərbiyənin məzmunu; 4) təlim və ərbiyə prosesi; 5) müəl­lim­lər; 6) texniki təlim vasitələri; 7) təlim və tərbiyə işinin təşkili formaları; 8) təlim, təhsil-tərbiyə prosesinin idarə olunması; 9) tə­lim və tərbiyə prosesinin texnologiyası; 10) təlim və tər­bi­­yə prosesinin nəticələri.
Bu sistemin komponentlərindən hər biri ən kiçik elementlərə parçalana bilər. Başqa sözlə, pedaqoji sistem qarşıya qoyulmuş məqsədə çatmağı təmin edən sabit təşkilati-texnoloji kompleksdir. Pedaqoji sistem texnologiyasız ola bilməz. Texnologiya olan yerdə key­fiyyət də olur. Keyfiyyət pedaqoji sistemin imkanlarını müəyyən edir və o, müəyyən mənada idarəetmədən asılıdır. Təlim və tərbiyə prosesinin məhsuldarlığı həmişə pedaqoji sistemin tək­mil­ləş­dirilməsi ilə bağlıdır.
Pedaqoji sistemin təkmilləşdirilməsinin iki başlıca yolu vardır: intensiv yol (fransız sözü “intensif” sözündən götürülmüşdür, mə­na­sı “gücləndirmək”, “məhsuldarlığı artırmaq” deməkdir) və ekstensiv yol (latın sözü “extensivus” sözündən götürülmüşdür, mənası “geniş­lən­dir­mək”, “uzatmaq” deməkdir).

Yüklə 65,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin