3.2.Səs-küyün normallaşdırılmasının əsas prinsipləri. Səs-küy üzrə normalar, onların insana zərərli təsirlərini məhdudlaşdırmaq üzvü daxil edilir. Hal-hazırda çoxlu belə normalar işlənmişdir və tətbiq edilir: müxtəlif əmək fəaliyyəti üçün iş yerlərində səs-küyün məhdudlaşdırılması, yaşayış binalarının sahəsi, ayrıca növ nəqliyyat və tip maşınlar üçün. Səs-küyün normaları müxtəlif ölkələrdə müxtəlif olmaqla yanaşı eyni bir ölkənin müxtəlif sahələrində də müxtəlif ola bilər.
Eyni zamanda hal-hazırda qəbul və tətbiq edilən normativ sənədlərdə çoxlu ümumi oxşarlıq vardır ki, bu da müxtəlif normativ qiymətləri öz aralarında müqayisə etməyə imkan verir.
Cədvəl 3.1.-də təqdim edilmiş normalar təsnifatına uyğun olaraq səs-küyün normalaşdırılması prinsiplərinə və yanaşmalarına baxaq. Təyinatına görə bütün normaları üç böyük sinifə ayırmaq olar: səs-küyün işçi yerlərində normaları sanitar (və yaxud sanitar-qiqiyenik); maşınların səs-küyünün normaları – texniki və yaşayış binalarının sahəsində səs-küyün normaları – sanitar.
İş yerlərinin səs-küy xarakteristikalarının normallaşdırılmasının məqsədi (sanitar normalaşdırma) səs-küyün elə buraxılabilən hədlərinin müəyyən edilməsidir ki, sistematik və uzun müddət təsiri zamanı işçilərdə əhəmiyyətli xəstəliklərin alınmasına səbəb olmur. Bu normalar səs-küy mənbəyindən asılı olmayıb əmək şəraitindən asılıdır. Sanitar normalardan fərqli olaraq texniki normalar maşının təyinatını, onun işçi xarakteristikalarını və həmçinin onun səs-küyünün azaldılması imkanlarını nəzərə almaqla müəyyənləşdirilir.
SƏS-KÜYÜN NORMALARI
Yayılmasına görə
Normalaşdırılan parametrə görə
Statusuna görə
Təyinatına görə
Tövsiyə olunan
STS, SS və ekvivalent SS normalaşdırılır
Beynəlxalq
İş yerlərində sanitar normalar
Mütləq
Dövlət
Maşınalrın səs-küyünün texniki normaları
SS və ekvivalent SS normalaşdırılır
Bələdiyyə
Yaşayış binalarının sahələrinin səs-küyünün normaları
Səs gücünün təshislənmiş səviyyəsi normalaşdırılır