Mühazirə 4 Təlim prosesi, idraki və psixoloji əsasları, qanunauyğunluqları, prinsip və qaydaları



Yüklə 32,8 Kb.
səhifə11/15
tarix11.05.2022
ölçüsü32,8 Kb.
#57580
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   15
MÜH.4 PED,2022

2.Müvafiqlik prinsipi. Tarixən təhsil-tərbiyə təcrübəsində 2 mühüm tələb irəli sürülmüşdür:

  1. Şagirdlərin yaş inkişafının qanunauyğunluqlarını nəzərə almaq

  2. Təlim prosesini şagirdlərin inkişaf səviyyəsinə uyğun təşkil etmək

Müvafiqlik prinsipinin əsasında aşağıdakı qanunauyğunluqlar durur:

1) Təlimin müvafiqliyi məktəblilərin yaş xüsusiyyətləri ilə müəyyən olunur və onların fərdi xüsusiyyətlərindən asılıdır.

2) Təlimdə müvafiqlik tədris prosesinin təşkilindən, təlim metodlarından asılıdır və təlim prosesinin baş verdiyi şəraitlə bağlıdır.

3) Təlimin müvafiqliyi onun əvvəlki vəziyyəti ilə müəyyən olunur.

4) Məktəblilərin əqli inkişaf səviyyəsi, təsəvvür və anlayışlar ehtiyatı nə qədər yüksək olarsa, yeni bilikləri öyrənən zaman onlar daha çox uğur qazana bilərlər.

5) Təlimdə çətinlikləri tədricən artırmaq və onları aradan qaldırmağa alışdırmaq şagirdlərdə müsbət əxlaqi keyfiyyətlərin formalaşmasına ciddi təsir göstərir.

Y.A.Komenskinin müvafiqlik prinsipinin praktik olaraq həyata keçirilməsi ilə bağlı qaydaları vardır – asandan çətinə, məlumdan məchula, sadədən mürəkkəbə, ümumidən xüsusiyə.


Yüklə 32,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin