Mühazirə 4 Təlim prosesi, idraki və psixoloji əsasları, qanunauyğunluqları, prinsip və qaydaları


Təlim prosesinin psixoloji əsasları



Yüklə 32,8 Kb.
səhifə7/15
tarix11.05.2022
ölçüsü32,8 Kb.
#57580
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   15
MÜH.4 PED,2022

Təlim prosesinin psixoloji əsasları. Tədris prosesini daha səmərəli və təsirli təşkil etmək üçün müəllimin onun psixoloji əsasarını bilməsi çox önəmlidir.

Obyektiv gerçəkliyin didaktik yolu canlı müşahidənin inan şüurunda inikası olub, mücərrəd təfəkkürə oradan da praktikada tətbiqidir. Təlimdə də idrak prosesi gedir. Fərq yalnız ondadır ki, təlimdə yeni həqiqətlər kəşf edilmir, ancaq elmi idrak prosesində kəşf olunan biliklər mənimsənilir. Təlim prosesinin qurulmasında informasiyanı qavramaq üçün psixoloji hazırlıq mərhələsi önəmli yer tutur.

- Məlumatı qavramaq üçün psixoloji hazırlıq

- Məlumatın qavranılması və başa düşülməsi

- Məlumatın ümumiləşdirilməsi və biliklərə çevrilməsi

- Biliklərin möhkəmləndirilməsi

- Bilik, bacarıq və vərdişlərin tətbiqi

- Şagirdlərin işlərinin təhlili

Bu struktur komponentləri bir-birindən asılı və ayrılmazdır.

1) Məlumatı qavramaq üçün psixoloji hazırlıq. Məktəbdə müəllimin vəzifəsi şagirdlərdı oxumağa həvəs oyatmaq, onları fənni qavramağa psixoloji cəhətdən hazırlamaqdır. Şagird üçün getdiyi yol aydın olmalıdır, məqsəd aydın olmazsa, məlumatın qavranılması səmərəsiz olar.

2) Məlumatın qavranılması və başa düşülməsi. Qavrama əşya və onun xassələrinin qarşılıqlı əlaqəsinin insan şüurunda inikasıdır. Qavrama zamanı məlumdan məchula, sadədən mürəkkəbə didaktik qaydalarının böyük əhəmiyyəti vardır. Qavrama prosesində şagird fəal iştirak edəndə fəal qavrama düşünülmüş qavrama olur.

3) Məlumatın ümumiləşdirilməsi və biliklərə çevrilməsi. Qavranılan məlumatın biliklərə çevrilməsi üçün şagird həmin məlumatı ona məlum olan faktlarla, anlayışlarla, təriflərlə tutuşdurmalı, ümumiləəşdirməli və öz şüurunda bilikləri müəyyən sistemə salmalıdır. Psixoloq və pedaqoqlar şagirdlərin bütün fəaliyyətini əhatə edən biliklərin dörd səviyyəsini müəyyənləşdirmişlər.



1) Tanışlıq səviyyəsi

2) Biliklər səviyyəsi

3) Bacarıqlar səviyyəsi

4) Vərdişlər səviyyəsi

4) Biliklərin möhkəmləndirilməsi. İnsan beyni konkret məlumatı tez itirmək xassəsinə malikdir. Təlimin vəzifəsi alınmış məlumatın hafizədə uzun müddət yadda qalmasını təmin etməkdən ibarətir. Məlumat çoxhəcmli olduqda daha yaxşı yadda saxlanılır. Lap həddən artıq həcmdə olan məlumat hafizəni yükləyir, diqqət yayınır və yorulma baş vrrir. Şagirddə maraq oyatmayan məlumat tez yaddan çıxır. Həmçinin, məlumatı qavramadan sonra yayınma halı baş verərsə, bu, yaddan çıxarma prosesini gücləndirir. Eyni məlumat dəfələrlə təkrar olunsa gec yaddan çıxar.

Məktəbdə yeni təlim materialını təkrar böyük yer tutur. Təkrar o zaman səmərəli olur ki, şagird öz işinin nəticələrinə nəzarət edə bilsin

Şüurlu mənimsənilmiş məlumat möhkəm biliklərə çevrilir və bu biliklər şagirdlərin təfəkkür və fəaliyyət silahı olur. Bacarıqlar isə vərdişə çevrilir.

5) Bilik, bacarıq və vərdişlərin tətbiq edilməsi. Bu, təlimdə mənimsəmə prosesinin həlledici mərhələsidir. Yalnız qavramaq, anlamaq və möhkəmləndirməklə iş bitmir, həm də əldə edilmiş bilikləri tətbiq etmək gərəkdir. Əgər şagird müəllimdən eşitdiyini və ya dərslikdən oxuduqlarını düzgün kəşf edirsə, lakin materialı öz sözləri ilə ifadə edə bilmirsə, mövzu üzrə suallara cavab verməyi bacarmırsa, deməli qavrama mexanizmi şüurun iştirakı olmadan baş vermişdir.

6) Şagird işlərinin təhlili (Bilik, bacarıq və vərdişlərə yiyələnməyə nəzarət) Bu, təlimin son mərhələsidir. Bu prosesdə əks əlaqə yaranır, yəni, məlumat şagirddən müəllimlərə doğru gedir. Əks əlaqənin keyfiyyəti yüksək olduqda təlim prosesi daha müvəffəqiyyətlə idarə olunur. Əks əlaqə həm də mənimsəmə keyfiyyətini təhlil etməyə imkan verir.



Təlimin prinsip və qaydaları

Təlim nəzəriyyəsi praktik fəaliyyətin texnologiyasını formalaşdırmaq, onu daha optimal etmək üçün nəzəri əsasını təşkil edir. Təlimi təşkil etmək üçün zəruri olan prinsip və qaydalar mövcuddur. Və bunlar tədris prosesinin qanunauyğunluqlarına müvafiq təlimin məzmununu, təşkili formalarını, forma və metodlarını müəyyən edir.

Təlim prinsiplərindən təlim qaydaları yaranır və konkret olaraq prinsip faktdır. Təlim qaydaları nəzəriyyədən təcrübəyə keçid həlqədir. Təlim qaydalarının tələblərinə aludə olmaqla müəllimin təşəbbüskarlığı məhdudlaşa bilər. Lakin bir çox alimlərin fikrincə təlim qaydaları konkret göstərişlərdir və müəllimin yaradıcılıq təşəbbüslərinin inkişafına mənfi təsir göstərə bilər. Lakin həmin qaydalardan tam imtina edilməməlidir, çünki, qaydalar prinsiplərdən törəsə də, prinsiplər məhz qaydaların köməyi ilə həyata keçirilir.

Qaydalar təlim prinsiplərinin tələblərini yerinə yetirmək üçün müəllimlər üçün məsləhət formasında verilir.

Müvafiqlik prinsipində qaydalar:

-məlumdan məchula




Yüklə 32,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin