Təlim prosesinə xas ziddiyyətlər;
- cəmiyyətin artan təlabatları ilə təlim prosesinin real imkanları arasında ziddiyyət
- yeni vəzifələrlə təlimin mövcud vəziyyəti arasında ziddiyyət
- öyrətmə fəaliyyəti ilə öyrənmə fəaliyyəti arasında ziddiyyət
- şagirdin qavraması və anlaması arasında ziddiyyət
- mövcud biliklərlə onları tətbiq etmə bacarıqları arasındakı ziddiyyət və s.
Təlim prosesinin bir sistem kimi komponentləri aşağıdakılardır:
1) Təlim komponenti – təlim prosesinin məqsədi, məzmunu, növləri, metodları, vasitələri, qaydaları, formaları və s.
2) İdraki komponent – şagirdlərin obyektiv varlığı, təbiətin, cəmiyyətin fakt və hadisələrini öyrənməsi
3) Psixoloji komponent – təlim prosesində şagirdlərin daxili, psixi (idraki) fəaliyyəti
4) Sosioloji komponent – təliim prosesinin iştirakçıları arasında münasibətlər
5) Təşkilati komponent – təlim prosesinin intellektual əmək aspekti(şagirdlərin təlim,müəllimin tədris əməyinin təşkili və s. aiddir).
6) Kibernetik komponent – tədris prosesində mövcud olan müxtəlif əlaqələr, informasiya axınının dövriyyəsi, informasiyanın mənimsənilməsinin idarə olunması
Dostları ilə paylaş: |