Təlim prosesinin qanunauyğunluqları:
ümumi – bütün sistemi əhatə edən qanunauyğunluqlar
xüsusi – sistemin ayrıca komponentinə aid olan qanunauyğunluqlar
Ümumi qanunauyğunluqlar:
Təhsil-tərbiyənin məqsədi qanunauyğunluğu
Təhsilin məzmunu qanunauyğunluğu
Təlimin keyfiyyəti qanunauyğunluğu
Təlimin metodları qanunauyğunluğu
Təlimin idarə edilməsi qanunauyğunluğu
Təlimin stimullaşdırılması qanunauyğunluğu
Tədris prosesində öz təsiri ilə bütün sistemi əhatə edən qanunauyğunluqlara ümumi qanunauyğunluqlar deyilir.
Sistemin ayrıca komponentinə aid edilən qanunauyğunluqlara xüsusi qanunauyğunluqlar deyilir.
Təlim prosesinin aşağıdakı ümumi qanunauyğunluqları vardır:
1) Təhsil-tərbiyənin məqsədi qanunauyğunluğu. Təhsil-tərbiyənin məqsədi cəmiyyətin inkişaf səviyyəsindən və tempindən, təlabat və imkanlarından, pedaqoji elmin və praktikanın inkişaf səviyyəsindən və imkanlarından asılıdır.
2) Təhsilin məzmunu qanunauyğunluğu. Təhsilin məzmunu ictimai təlabatlardan, təhsilin məqsədindən, sosial və elmi tərəqqinin tempindən, məktəblilərin yaş imkanları, təlim, təhsil-tərbiyə nəzəriyyəsi və təcrübəsinin inkişaf səviyyəsindən asılıdır.
3) Təlim keyfiyyətinin qanunauyğunluğu. Təlimin hər yeni mərhələsinin səmərəliliyi əvvəlki mərhələnin məhsuldarlığından. əldə olunmuş nəticələrdən, öyrənilən materialın xarakterindən, həcmindən, şagirdlərin oxumağa qabilliyindən, təlimin müddətindən asılıdır.
4) Təlimin metodları qanunauyğunluğu. Təlim metodlarının səmərəliliyi metodların tətbiqi ilə bağlı bilik və bacarıqlardan, təhsil-tərbiyənin məqsədindən, məzmunundan, şagirdlərin yaşından, öyrənmə imkanlarından maddi-texniki təminatdan və təlim prosesinin təşkilindən asılıdır.
5) Təlimin idarə olunması qanunauyğunluğu. Təlimin mhsuldarlığı təlimdə əks əlaqənin intensivliyindən, korreksiyanın araşdırılmasından asılıdır.
6) Təlimin stimullaşdırılması qanunauyğunluğu. Təlimin məhsuldarlığı təlimin daxili motivlərindən, xarici (ictimai, iqtisadi, psixoloji) stimullardan asılıdır.
Təlimin xüsusi (konkret ) qanunauyğunluqlarının təsiri tədris prosesinin ayrı-ayrı komponentlərinə aid edilir.(yəni təlim sisteminin komponentləri)
Dostları ilə paylaş: |