7.Biliklərin möhkəmləndirilməsi prinsipi. Bir çox müəllimlər nəslinin praktik fəaliyyəti biliklərin möhkəmləndirilməsi prinsipi ilə yekunlaşır.Təhsilin məzmununun mənimsənilməsi və şagirdlərin idrak qüvvələrinin inkişafı təlim prosesinin qarşılıqlı əlaqədə olan iki tərəfidir. Şagirdlərin bilikləri möhkəm mənimsəməsi təlimin təşkilindən, onun müxtəlif növlərindən, metodlarından və onun üçün ayrılmış vasitədən asılıdır.
Biliklərin möhkəm mənimsənilməsi çox mürəkkəb prosesdir. Müasir təlimə görə təlimdə təfəkkür hafizə üzərində “ağırlıq” edir. Düzgün qurulmayan və ya şagirdin başa düşmədiyi materialın hafizədə möhkəmlənməsinə yol vermək olmaz, təlim şüurlu mənimsənilməlidir. Yeni materialla tanış olan şagird təkrara daha çox yer verməlidir. Şagirdləri dinləməyə alışdırmaq zəruridir. Şagirdlərin müstəqil təkrarı bilikləri möhkəmləndirməyin mühüm formasıdır. Öyrənilən materialın təkrarını və möhkəmləndirilməsini elə təşkil etmək lazımdır ki, o, şagirdlərin təkcə hafizəsini yox, həm də təfəkkürünü və hislərini fəallaşdırsın. Bilikləri möhkəm mənimsətmək üçün emosional ifadə, əyani və texniki vasitələr, didaktik oyunlar, tədris diskussiyaları tətbiq olunmalıdır.
Yeni materialı öyrədən zaman onu əvvəl keçilənlərlə əlaqələndirmək, köhnə bilikləri yeni biliklərin içində təkrarlamaq lazımdır.
Biliklərin möhkəmləndirilməsinin mühüm formalarından biri şagirdləin onları müstəqil təkrar etməsidir.
Bütün prinsiplər arasında sıx əlaqə vardır və onlar təlim prosesinin effektiv olmasını kompleks halda təmin edir
Dostları ilə paylaş: |