6.Sistemlilik və ardıcıllıq prinsipi. Xarici aləm təfəkkürdə dəqiq əks olunduqda insan həqiqi biliklərə yiyələnir. Mütəşəkkil qaydada təşkil edilmiş təlim biliklər sistemini formalaşdırır. Təlim prosesində ardıcıllıq pozularsa yüksək nəticələr əldə etmək mümkün deyildir. Bu prinsip tətbiq edildikdə şagirdlər məntiqi təfəkkürə alışdırılır.
Tədris fənni elmin kiçildilmiş surəti olduğu üçün şagirdlər bu elmin sistemini görməli və təlimin məzmununda, metodlarında varislik gözlənilməlidir.
Tez-tez əvvəl mənimsənilən biliklər yoxlanmalı və təkmilləşməlidir. Elmin fənn daxilində mənimsənilməsində sistemin başa düşülməsi məntiq formalaşması hislər və emosiyalar tələb edir. Formalaşmış biliklər sistemi onun yaddan çıxmasının qarşısını almaq üçün mühüm vasitədir. Biliklər sistemsiz olduqda tez unudulur və çətin bərpa olunur.
Y.A.Komenski deyirdi ki, hər şey qırılmaz ardıcıllıqla elə aparılmalıdır ki, bu gün öyrənilən biliklər dünənkiləri möhkəmləndirsin və sabah öyrənəcəklərimizə yol açsın.
Dostları ilə paylaş: |