Mühazirə 4 Təlim prosesi, idraki və psixoloji əsasları, qanunauyğunluqları, prinsip və qaydaları


Təlim prosesinin idraki və psixoloji əsasları



Yüklə 32,8 Kb.
səhifə6/15
tarix11.05.2022
ölçüsü32,8 Kb.
#57580
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   15
MÜH.4 PED,2022

Təlim prosesinin idraki və psixoloji əsasları

Təlim prosesinin nəzəri ( metodoloji ) əsasını fəlsəfənin idrak nəzəriyyəsi təşkil edir.



İdrak yolu: canlı müşahidə - mücərrəd təfəkkür – praktika

Təlim yolu: qavrama – anlama – möhkəmlətmə - tətbiqetmə

Təlim prosesinin bütün struktur komponentləri bir-birindən ayrılmazdır və bir-birindən asılıdır. Təlim prosesində informasiyanı qavramaqda psixoloji hazırlıq önəmli yer tutur.



Təlim prosesinin idraki əsasları

Qneseologiya – idrak nəzəriyyəsi insanın gerçəkliyi dərketmə qabiliyyətlərini öyrənir və bu nəzəriyyəyə görə maddi aləm bizim şüurumuzdan asılı olmayaraq mövcuddur və daim inkişaf edir, dəyişir. Beyin düşünən materiyadır və bizdən kənarda olan aləmi obyektiv əks etdirir. Obyektiv aləmin şüurda əks olunmasi idrakdır və təlim prosesi bu nəzəriyyəyə əsaslanır.

1) Yeni biliklərin verilməsi. Canlı seyrdən başlayaraq maddi aləm dərk olunur. İdrak nəzəriyyəsinə görə seyretmənin ilkin forması duyğulardır və hissi idrakın ilk və elementar formasıdır. Müxtəlif hiss orqanlarının çatdırdıqları ayrı-ayrı məlumatlar baş beynin böyük yarımkürələrinin qabığında sintezləşdirilir, insanda olan əvvəlki məlumatlarla əlaqəyə girir və qavramanın əsasını təşkil edir. Əşyanın tam obrazı yarandıqca duyğular və qavrayış vasitəsilə alınan obrazla insanın hafizəsində təsəvvürlər formasında saxlanılır. Duyğular hiss orqanlarının və baş beyin qabığının birgə fəaliyyətinin nəticəsidir. İdrak prosesində eyr edən şagird yeni materialı passiv qavramır. O, həm dinləyir, həm də tapşırıqları yerinə yetirir, sual verir, sualları cavablandırır.

2) Yeni biliklərin başa düşülməsi. Yeni biliklərin dərk olunması qavrama ilə üzvi surətdə birləşir və şüurlu qavranılır. Mənimsəmə prosesində anlamanın rolu böyükdür. Yaxşı anlamdan asan mənimsənilirvə yadda qalır.

Anlama yeni təsəvvürlərin əvvəl mənimsənilmiş biliklər sistemi ilə əlaqəsinə əsaslanır. Əgər şagirdlər əsas fikri əməliyyatlara – analizə, sintezə, müqayisəyə və s. cəlb olunarlarsa, anlama tam və düşünülmüş olar. Bu əməliyyatlar yeni materialla öyrənilmiş material arasında əlaqə yaratmağa imkan verir.

Mücərrədləşdirmə ümumi xassələri və əlamətləri tapmağa, şeylərin mahiyyətinə nüfuz etməyə kömək edir.

Anlayışların yaranması və formalaşdırılmasının əsasında mücərrədləşdirmə və ümumiləşdirmə prosesləri durur.

Əqli nəticə induksiya və deduksiyaya əsaslanır.

İnduktiv əqli nəticədə fikir xüsusidən ümumiyə doğru gedir.

Deduktiv əqli nəticədə isə fikir ümumi nəzəri nəticədən xüsusiyə gedir.

3) Biliklərin praktikaya tətbiqi. İdrak nəzəriyyəsinə görə nəzəri biliklərin həqiqiliyi təcrübədə yoxlanılır. Bu, idrak fəaliyyətinin yüksək mərhələsidir. Mücərrəd həqiqət olmadığı üçün praktika həqiqətin meyarıdır, yəni, həqiqət həmişə konkretdir.

4) Biliklərin mənimsənilməsinə nəzarət. Təlimdə şagirdlərin idrak fəaliyyətinə müəllim nəzarət edir və bu, daimi olur. Müəllim şagirdin tədris materialını nə dərəcədə mənimsədiyini üzə çıxarmağa kömək edir.


Yüklə 32,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin