Həmsöhbətə şərtsiz hörmət. Söhbət zamanı həmsöhbətə hörmət göstərilməlidir. Şəxsi mövzulara (fiziki qüsurlar, həmsöhbətin xəstəliyi və s.) toxunmamağa çalışmaq lazımdır. Həmsöhbətə böhtan ittihamlı hücumlar, düşmən ifadələr işlətmək yolverilməzdir.
Həmsöhbətə diqqət. Söhbət zamanı həmsöhbətə imkan yaratmaq lazımdır ki, dinlədiyini başa düşsün. Diqqətsizlik təkəbbür və təmkinsizlik kimi qiymətləndirilə bilər.