Mühazirə 6 Məktəbəqədər yaşlı uşaqların idraki sferasının diaqnostikası Plan



Yüklə 33,42 Kb.
səhifə2/4
tarix07.05.2023
ölçüsü33,42 Kb.
#109189
növüMühazirə
1   2   3   4
Mq 19 Mühazirə 6 Psixoloji xidmət və psixoloji praktikum

Kubiklərlə iş metodikası. Uşağa 8sm3 ölçülü 10 kubik verilir. Ona bu kubikləri üst-üstə qoymaqla qülləni necə qurmaq lazım gəldiyi göstərilir. Bundan sonra uşağa qülləni sərbəst qurmaq imkanı verilir. Daha sonra uşağa qatar (sıra ilə qoyulmuş 4 kubik), körpü (bir kubik digər ikisinin üstündə durur), nərdivan (10 kubik hər tərəfdən sıra ilə 5-5 olmaqla qarşı-qarşıya düzülür, hər bir sonrakı əvvəlkindən 1kubik qısadır) qurmaq tapşırığı verilir. Bu tapşırığın yerinə yetirilməsi əsasında uşağın maksimal xüsusiyyətləri aydınlaşdırılır. Təcrübə zamanı lazım gələrsə, uşağa nümunə göstərmək olar. 3 yaşdan yuxarı uşaqlara nümunəni köçürməklə Koos kubikləri ilə sadə tapşırıqların yerinə yetirilməsini təklif etmək olar. 4 yaşdan yuxarı uşaqlara isə bir qədər çətin tapşırıqların yerinə yetirilməsi təklif oluna bilər. Bu metodika əsasında alınan nəticələr müvafiq normativlərlə müqayisə olunur və uşağın idrak sferasının inkişafı haqqında qənaət əldə edilir.
Normativlər:
 15 aylıqda – bir əlində 2 kubik tutur, kubiklərdən qüllə tikir; kubikləri ağzına aparmır;
 18 aylıqda – 3-4 kubikdən qüllə tikməyi bacarır; onları döşəməyə atmır;
 2 yaşda – 8 kubikdən qüllə tikir, nümunə əsasında qatar qurur;
 3 yaşda - 9 kubikdən qüllə tikir, qatar modelini qurur, nümunə əsasında körpü tikir;
 3,5 yaşda – verilmiş modelə görə körpü tikir, Koos kubikləri əsasında nümunəni təqlid etməklə ən sadə tapşırıqları icra edir, bu zaman eyni ölçülü kubikləri seçir;
 4 yaşda – nümunəni görməklə qapı modelini qurur, Koos kubikləri əsasında nümunəni təqlid etməklə ən sadə tapşırıqları icra edir, bu zaman eyni ölçülü kubikləri seçir.
 5 yaşda – model üzrə nərdivan qura bilir, kubiklərdən ev tikir, Koos kubikləri ilə bir qədər mürəkkəb tapşırıqları nümunə əsasında yerinə yetirir.
 6 yaşda - Koos kubikləri əsasında bəzü mürəkkəb tapşırıqları icra edə bilir.
Həndəsi fiqurlarla tapşırıqlar metodikası. Bu metodika ilə diaqnostik iş zamanı uşaqlara “Seqen lövhələri” təqdim olunur. İş ən sadə, asan tapşırıqdan başlanır. Uşağa müstəvi lövhə üzərində yerləşdirmək üçün dairə, kvadrat və üçbucaq olmaqla üç həndəsi fiqur verilir. Hər bir fiqurun lövhədəki yeri fiqura uyğun oyuqla müəyyənləşir. Oyuqdan həmin fiqurlar çıxarılır, uşağa verilir və təklif olunur ki, bu fiqurları öz yerlərinə qoysunlar. Əgər uşaq səhvə yol verərsə, onun əlindən tutub lövhəyə yaxınlaşdırmaq və demək lazımdır ki, görürsən, sən fiquru elə qoydun ki, lövhə hamar olmadı. Deməli, o öz yerində deyil, onu öz yerinə yerləşdirmək lazımdır. Uşaq təlimatı başa düşmədikdə ona bu təcrübəni 2-3 dəfə təkrar etmək lazımdır. Bu təcrübənin sonunda fiqurlardan qurulmuş bu lövhə uşağın gözü qarşısında sökülür və onun yenidən yığılması təklif olunur.
Normativlər:
 15 aylıqda – dairəni nümunə göstərmədən lövhə üzərindəki oyuğa özü sərbəst qoymağı bacarır;
 18 aylıqda – “Seqen lövhəsi” üzərində ən sadə tapşırığı yerinə yetirir, 2 digər fiquru da qoymağı bacarır;
 2 yaşda – lövhə üzərindəki 3 blokun hər birirnə fiqurları düzgün yerləşdirir, lakin bu zaman 4 səhvə yol verir, sonra düzəldir;
 3 yaşda – elementlərdən ayrı-ayrı fiqurları yığır;
 4 yaşda – 2 düzbucaqlıdan və ya üçbucaqdan kvadrat, 4 bərabər hissədən dairə yığır;
 5 yaşda –“Seqen lövhəsi” üzrə bütün tapşırıqları yerinə yetirməyi bacarır.

Yüklə 33,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin