1. Əşyaların adlandırılması: Bu məqsədlə uşağa bir neçə sadə obyekt: butulka, kukla, maşın, top, konfet göstərilir və "Bu nədir?" sualı ilə ona müraciət olunur.
Normativler:
18 aylıqda - 1 obyekti adlandırır.
2 yaşda 2-5 obyekti adlandırır.
2,5 yaşda – bütün obyektləri adlandırır. Bu tapşırıq uşağın lüğət fondunu müəyyən etməyə imkan verir.
Normativlər:
18 aylıqda - 1-2 şəkli düzgün göstərir.
2 yaşda -5 şəkli düzgün göstərir.
Bu tapşırıq uşağın əşyaların adı ilə onların təsvirlərini eyniləşdirmək (identifikasiya etmək) bacarığını nümayiş etdirir.
3. Təsvirlərin (şəkillərin) adlandırılması: Bu məqsədlə çox saylı şekiller: pişik, it, çörək, xoruz, don, qaşıq, alma, maşın, stol, gəmi, qatar, avtobus, təyyarə, stul, qapı, köynək, corab, papaq, gavalı, limon, armud, qarpız, oğlan, qız, nənə, baba, çağa, ördək, qaz, inək, qazan, çarpayı, bıçaq, çəngəl, dəftər, qələm, kitab, qəzet, nar kimi sadə şəkillər göstərilir və ayrı-ayrılıqda "Bu nədir?", "Orada nə çəkilmişdir?" sualı verilir.
Normativlər:
2 yaşda -3-4 şəkli adlandırır;
2,5 yaşda - heyvan, insan, qab-qacaq, paltar, mebel qruplarına aid bir çox şəkilləri adlandıra bilir,
3 yaşda - nəqliyyat, heyvan, insan, qab-qacaq, mebel, paltar qrupuna aid 1-2 şəkil istisna olmaqla bütün şəkilləri adlandırır;
3,5 yaşda – praktik olaraq bütün şəkillərin adlarını deyir. Bu tapşırıq böyüyün müraciətli nitqini anlama səviyyəsini əks etdirir.
6. Hǝrǝki sferanin inkişafı diaqnostikası
Bir yaşdan sonra uşaqlarda hərəki fəallıq artır və "böyük motorika" adlandırılan mürəkkəb hərəkətlər sistemi tədricən formalaşır. Psixodiaqnostika təcrübəsində böyük motorika aşağıdakı normativ parametrlərlə, diaqnostik ölçülərlə müəyyənləşdirirlir:
13 aylıqda - müstəqil yerimək;
15 aylıqda uzun məsafəni qət etmə, oturmaq, əyilmək, nərdivana dırmanmağa cəhd, kresloda sərbəst oturma, dizləri ilə qalxmaq;
18 aylıqda nərdivana sərbəst qalxmaq və düşmək, döşəmə üstündəki çubuğun üstündən adlamaq;
2 yaşda döşəmə üstündəki oyuncağı götürmək, maneənin üstündən adlamaq, topu təpikləmək;
2,5 yaşda bir-birindən 20 sm məsafədə qoyulmuş bir neçə maneəni – addımlamaq üsulu ilə keçmək;
3 yaşda – bir neçə saniyə tək ayağı üstündə durmaq, nərdivanla qalxarkən hər ayağı bir pilləyə növbə ilə qoymaq, düşərkən ayaqları cüt qoymaq, iki ayağı üstdə tullanmaq, üç təkərli velosipedi sürmək;
4 yaşda nerdivanla düşərkən hər ayağı bir pilləyə qoymaq;
5 yaşda – buz üzərində iki ayağı ilə sürüşmək:
Dostları ilə paylaş: |