RELYASİYA STURUKTURLU VERİLƏNLƏR BAZASININ ƏSAS CƏHƏTLƏRİ Relyasiya sturukturlu verilənlər bazasında sahələr verilənlər bazasının sturukturunu yaradırlar. Yazılar isə verilənlər bazasında olan informasiyanı ifadə edirlər.
SAHƏLƏRİN XÜSUSİYYƏTLƏRİ: hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur. Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir verilənlər bazası iki eyniadlı sahəyə malik ola bilməz. Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, verilənlər bazasında həmin sütunun başlığında əks olunur. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin işinə maneə olmayacaqdır.
SAHƏLƏRİN TİPLƏRİ
Sahələr orada saxlanılan verilənin tipindən asılı olaraq müxtəlif xüsusiyyətli olurlar.
1) MƏTN SAHƏLƏR- mətn tipli verilənlərin saxlanması üçün istifadə olunur. Bir məhdudiyyəti var, onun ölçüsü 256 dan çox ola bilməz. Yəni 256 simvoldan artıq ola bilməz.
2) ƏDƏDİ SAHƏLƏR- rəqəmlə ifadə olunan verilənlərin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr.
3) TARİX, VAXT TİPLİ SAHƏLƏR - tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.
4) XÜSUSİ TİP SAHƏLƏR - pul sahəsidir. Bu sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar. Lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir. Manat və qəpiyi, dollar və senti ayırd edə bilir və onlarla incə rəftar edir.
5) Müasir verilənlər bazasında təkcə ədəd və hərflər deyil, həm də şəkil və musiqi kliplərini video yazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə "OLE" obyekt sahəsi adlanır.
6) Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa bu halda "MEMO" sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır. Sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.
7) Ən maraqlı sahə "SAYĞAC" sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya verilənlər bazasındakı yazıların sayı avtomatik olaraq yazılır. Sadə verilənlər bazasını xüsusi proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar.
ƏLAQƏLİ CƏDVƏLLƏR: Əslində sadə verilənlər bazasında baza yox sadəcə cədvəl deyilir. Əgər informasiya belə sadə sturukturda saxlansaydı onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemi lazım olmazdı. Praktikada daha mürəkkəb sturukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar. Verilənlər bazasının yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Sturuktur elə olmalıdır ki, bazayla işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı verilənin bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər.