Mühazirə 9 coğrafiyanin təDRİSİ metodikasi



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix02.01.2022
ölçüsü0,79 Mb.
#41408
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
CTM 1 muhazire 9

 

                                   Proqnoz vermək prinsipi

 

Proqnoz vermək anlamanın yüksək səviyyəsi olub təfəkkürün bütün formalarının –

məntiqi,  tənqidi  və  yaradıcı  təfəkkürün  inkişafını  təmin  edir.  Şagirdin  hər  hansı 

problemə dair proqnoz verə bilməsi  onun bilik və bacarığını, məntiqi inkişafının .  

hadisələri  həyat  və  müasirliklə  əlaqələndirmək  bacarığını,  tədqiqat  və  axtarışlar 

aparmaq,  müşahidə  etmək  qabiliyyətinin  səviyyəsini    üzə  çıxarır.  Coğrafiya 

fənninin tədrisində  proqnoz vermək prinsipi fənnin məzmununda alt standartların  

fəaliyyət  komponentində  ifadə  olunur.    Məsələn  XI  sinif  üzrə  alt  standartlarda  

proqnoz  vermək    prinsipinin    nə    dərəcədə  önəmli  olması  aşağıdakı  nümunələrdə  

görmək  olar:    1.1.1.  Coğrafi  hadisə  və  proseslərin  cəmiyyətin  həyatına  təsiri  ilə 

bağlı  tədqiqatlar  aparır  və  nəticələrini  təqdim  edir  ,  2.1.2.  Mineral  ehtiyatların 

istifadəsinin  proqnozlarına dair hesablamalar  aparır    , 2.1.7. Bioloji  ehtiyatlardan 

istifadəyə  dair  proqnozlar  verir,      3.2.3.  Beynəlxalq  iqtisadi  münasibətlərin 



 

ölkələrin  inkişafındakı  roluna  dair  təqdimatlar  edir.,      3.2.5.  Cəmiyyətin  sosial-



iqtisadi inkişafında ekoloji tarazlığın qorunmasını proqnozlaşdırır.  

  Lakin  proqnoz  verə  bilmək  qabiliyyəti  əsasən  dərs  prosesində    inkişaf  etdirilir.  

Fəal  dəırsin    bilik  və  bacarıqların    tətbiq  edilməsi  mərhələsində    həyata  keçirilə 

bilər. Coğrafiya  fəninın məzmununda  proqnozvermək prinsipinə aşağı siniflərdən 

başlanılsa  da    əsasən  yuxarı  yaş  səviyyəsində  ciddi    şəkildə  tələb  olunur.      Alt 

standartlar baxımından əsasən aşağıdakı mövzuları əhatə edir.    

--Litosfer tavaları nəzəriyyəsinə əsasən Yerin geoloji səciyyəsi,  

--tektonik hadisələrin baş vermə ehtimalı, meteroloji göstəricilər əsasında baş verə 

bilən atmosfer hadisələri, 

---  çay  və  göllərin  səviyyəsinin  iqlimdən  asıllığı,  antropogen  təsir  nəticəsində 

landşaftın dəyişməsi və s. 

Proqnoz  vermək    prinsipi    tədris  prosesində    reallaşdırəlması    müxtəlif  metod  və 

vasitələrlə  məsələn,    xəritə-sxemlər  tərtib  etməq,  diaqram,  qrafik,  yaş  piramidası 

qurmaq,  ,  kontur  xəritə  üzərində    coğrafi  əməliyyatlar  aparmaq,  hesablama    və 

çalışmalar  etmək,  esse,  referat,  məruzə      yazmaq    və  s.  həyata  keçirilə  bilər.  

Proqnoz  vermək  prinsipinin  həyata  keçirmək  üçün  müəllim  xüsusi  qeyri-standart 

dərslərdən  (  məsələn  layihə  dərsi  və  onun  təqdim  edilməsi)  istifadə  etmək 

mümkündür.   

 

                         Iqtisadi prinsip




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin