1. Pedaqoji prosesin tamlığı
Pedaqoji prosesdə təlim məqsədləri kompleks (öyrədici, inkişafetdirici,
tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird
fəaliyyətini əhatə edir.
Pedaqoji prosesin tamlığı onun sahələri qarşısında vahid
məqsədin
durması
və
şəxsiyyətin
bütövlüyü
ilə
təmin
olunur.
Şəxsiyyətin bütövlüyü isə onun ahəngdar inkişafı - tərbiyə, təhsil və təlim
proseslərinin özlərinə məxsus spesifik xüsusiyyətləri əsasında formalaşır. Həm
tərbiyə, həm də təlim üç əsas funksiyanı - təhsilverici, tərbiyəedici və
inkişafetdirici funksiyaları yerinə yetirir. Bu zaman pedaqoji prosesin bütün
sahələri qarşılıqlı vəhdətdə çıxış edir: Buna müvafiq olaraq pedaqoji prosesin hər
bir sahəsi özünə məxsus vəzifələrə və məzmuna malikdir.
a. Təlimin məzmununda elmi təsəvvürlərin, anlayış və qanunların, bacarıq və
vərdişlərin aşılanması aparıcı yer tutur. Lakin təlimin məzmunu eyni
zamanda tərbiyə və inkişaf vəzifələrinin həllinə, gənc nəslin ideya-mənəvi
tərbiyəsinə kömək göstərir.
b. Tərbiyənin məzmununda şəxsiyyətin ideya-mənəvi təsəvvürləri, inamı,
əqidəsi, dünyagörüşü, müsbət davranış adətləri aşılamaq əsas yer tutur.
Lakin tərbiyə prosesinin məzmunu şəxsiyyətin təhsil səviyyəsinə, biliklərin
genişlənməsinə də güclü təsir göstərir, təlimdə şagirdlərin fəallıq və səyini
stimullaşdıran amil kimi çıxış edir.
c. Şəxsiyyətin çox müxtəlif keyfiyyətləri - zehni, əxlaqi, ideya-siyasi, əmək,
fiziki, estetik və digər keyfiyyətləri qarşılıqlı vəhdətdə formalaşır və inkişaf
edir; bu keyfiyyətlər biri-digərini şərtləndirir, tamamlayır. Bununla da
şəxsiyyətin bütövlüyü - ahəngdar inkişafı təmin olunur.
2. Təlimdə bərabər imkanların yaradılması
Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır. Pedaqoji proses onların potensial
imkanları nəzərə alınmaqla tənzimlənir. Təlimdə bərabər imkanların
yaradılması - irq, cins, millət, hər hansı bir fiziki qüsur və sairə amilləri nəzərə
almadan təlim prosesində bütün şagirdlərə, onların potensial imkanlarını nəzərə
almaqla bərabər imkanların yaradılması prosesidir. Bu prosesi sinifdə uğurla
tənzimləyən müəllim şagirddə özünəinam hissi yaratmaqla bərabər, həm də
şagirdlərdə tolerantlıq, fərqlərin dərk edilməsi, təzyiq göstərmədən
çoxmədəniyyətli cəmiyyətin həyatında münaqişələri tənzimləmək bacarığı kimi
kompetensiyaları formalaşdırır.
Dostları ilə paylaş: |