Mühazirə 9 coğrafiyanin təDRİSİ metodikasi



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix02.01.2022
ölçüsü0,79 Mb.
#41408
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
CTM 1 muhazire 9

                                               Varislik prinsipi

 

Eyni  coğrafi  anlayışların  siniflər    üzrə  sadədən  mürəkkəbə  doğru  inkişaf 

ardıcıllığının  izlənməsidir.  Coğrafi    termin  və  anlayışlar,  səbəb-nəticə  əlaqələri, 

coğrafi  qanunauyğunluqların  tədrisi  müəyyən  mərhələlərlə  həyata  keçrilir.    Bu 

aşağıdakı  amillərdən asılıdır:  

Şagirdlərin yaş səviyyəsindən

Coğrafi  termin və anlayışlar, səbəb-nəticə əlaqələri, 



coğrafi  qanunauyğunluqların  mənimsənilməsi  ilk  növbədə  şagirdlərin    yaş 

səviyyəsindən,  dünyagörüşüşün  əhatə  dairəsindən  asılıdır. Yaş  səviyyəsinə  uyğun 

olaraq  sadalanan  coğrafi  bilik  və  bacarıqlar  aşağı  sinif    şagirdləri  üçün  təsəvvür 

formada təqdim edilməlidir.  

Coğrafi  bacarıqlar  da  şagirdlərin  yaş  səviyyəsindən  asılı  olaraq    üç  səviyyədə  

həyata  keçirilir.  Lakin  bu  mərhələlər  bir  birinin  üzərində  qurulur.  və  tamamlayır. 

Məsələn  hər  hansı  coğrafi    məlumat  ifadə  etmək  üçün  onun  rəqəm 

göstəricilərindən qrafik formaya salmaq məqsədi ilə aparılan əməliyyatlar siniflər 

üzrə aşağıdakı kimi inkişaf etdirilir:  

a.  Imitasiya-  yəni  şagird  müəllimi  təqlid  edir.  Qrafik  müəllim  tərəfindən 

çəkilir. Şagirdlər onu bənzədərək təkrarlayır. 

b.  Təhrif edilmiş icra- şagird qrafiki özü çəkir, lakin müəyyən səhvlərə yol 

verir. İcra prosesi təhriflidir. 

c.  Dəqiq  icra-  şagird  sərbəst  olaraq  cədvəldə  verilən  rəqəmlər  əsasında 

qrafik qurur, onu təhlil edir.  

 

 



 

Fənnlərarası əlaqələrdəntədris edilən fənlərin məzmumundan asılı olaraq coğrafi  

termin  və  anlayışlar,  səbəb-nəticə  əlaqələri,  coğrafi  qanunauyğunluqların 

öyrənilməsində  müəyyən    varislik  gözlənilir.    Bu  digər  fənlərin  məzmununda 

nəzərdə  tutulan    problemin  həlli    üçün    dayaq  biliklərin  verilməsi  səviyyəsi  ilə 

ifadə olunur.  Məsələn VI sinifdə “ Külək”  mövzusu  təbiət hadisəsi kimi öyrənilir. 

Çünki küləyin yaranmasında  başlıca amil olan  təzyiq sahələri arasında fərqə aid  

fizika fənnindən olan biliklər  şagirdlərə daha yuxarı siniflərdə   nəzərdə tutulur.   



 

Varislik prinsipi coğrafiya fənninin məzmununda  alt standartlarda öz əksini tapır. 



Məsələn  1.1.1  alt  standartı  VI  sinifdə  .”Qədim  insanların  Yer  haqqında 

təsəvvürlərini şərh edir” yuxarı siniflərə doğru aşağıdakı kimi dəyişir: VII sinifdə- 

1.1.1.  Kəşf  və  tədqiqatlar  nəticəsində  xəritədə  baş  verən  dəyişiklikləri  müqayisə 

edir.;  VIII  sinifdə  1.1.1.  Yeni  elm  sahələrinin  yaranmasını  izah  edir.;  IX  sinifdə- 

1.1.1. Sivilizasiyaları coğrafi baxımdan təhlil edir; X sinifdə- 1.1.1. Coğrafi hadisə 

və  proseslərin  öyrənilməsində  təbiət  elmlərinin  qarşılıqlı  əlaqəsini  əsaslandırır  və 

XI sinifdə - 1.1.1. Coğrafi hadisə və proseslərin cəmiyyətin həyatına təsiri ilə bağlı 

tədqiqatlar aparır və nəticələrini təqdim edir. Göründüyü kimi standart şagirdlərin 

yaş səviyyəsindən və tədris edilən fənlərin məzmunu baxımından yuxarı siniflərə 

döğru dəyişir.   

 

                     Həyatilik və ya müasirlik prinsipi



 

Coğrafi biliklərin həyatla əlaqəsi nəzəri biliklərin praktik olaraq tətbiq edilməsinə 

əsaslanır. Bu prinsip ənənəvi və müasir pedaqogikada ən çox işlənən  və tədrisin  

səmərəliliyini  artmağa      kömək  edən  prinsiplərdəndir.  Tədris    edilən  bilik  və 

bacarıqlar müasir həyatla əlaqələndirilmədikdə  o mənasız yükə çevrilir. Xüsusilə   

fəal  təlimdə  həyatilik  prinsipi    önəmlidir.      Həyatilik  prinsipi  tədris  prosesində 

müşahidə, təcrübə, ekskursiyalarda öz  əksini tapır.  Lakin ilk növbədə bu prinsip 

fənn  üzrə  məzmun  standartlarında  ifadə  olunur.  Əsas  və  alt  standartlarda     

məzmun komponentinin   fəaliyyət hissəsində ifadə olunur.  Fəal dərsin “Biliklərin 

tətbiq  edilməsi”  və  ya  “Yaradıcı  tətbiq  etmə”  mərhələsi  də  həyatilik  prinsipinin 

yerinə  yetrilməsinə  xidmət  edir.    Həyatilik  prinsipi  fənnin  məzmununda  və  

dərslərin  təşkilində  və  ya  ayrı-ayrı  mövzuların  tədrisində  tətbiq  edilir.  Ayrı-ayrı 

fakt  və  hadisələri    dünyada    və    yaşadıqları    regionda      baş  verən    proseslərlə 

əlaqələndirilməsi    fənnin  məzmumnunun  daha  maraqlı  olmasını  təmin  edir.  

Həyatilik   prinsipi coğrafiyanın  tədrisində  aparıcı prinsipdir.   Həyatilik prinsipi 

fənnüstü  inteqrasiyanı təmin edir.  




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin