Mühazirə 9 coğrafiyanin təDRİSİ metodikasi



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix02.01.2022
ölçüsü0,79 Mb.
#41408
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   17
CTM 1 muhazire 9

                                                Elmilik prinsipi

 

 Coğrafiya fənninin tədrisində elmilik prinsipi  -coğrafiyanın tərkibinə daxil olan 



elm  sahələrinin  təmsil  edilməsi  və  coğrafi  məzmunu  əks  etdirən  fakt  və 

məlumatların    düzgünlüyünü  əhatə  edir.    Bu  prinsip  təlimdə  şagirdləri  elmi 

biliklərlə,  elmi  dünyagörüşü  ilə  silahlandırmağı  nəzərdə  tutur.  Təlim  elə 

qurulmalıdır  ki,  şagirdlər  cisim  və  hadisələrin  zahiri,  müşahidə  olunan 

əlamətlərindən  tədricən  daxili  xüsusiyyətlərinə,  yəni  hadisədən  mahiyyətə  keçə 

bilsinlər. 

Elmilik  prinsipi      coğrafi  qabiliyyətləri  inkişaf  etdirməkdə,  təbiət  və  cəmiyyət 

hadisələrinə elmi baxışlar aşılamaqda, elmi biliklərə maraq və tələbat yaratmaqda 

böyük 

əhəmiyyətə 



malikdir. 

Coğrafiya  fənninin  tədrisində  elmilik  prinsipi  bir  neçə  cəhətdə  özünü  göstərir: 

-  ətraf  aləm  haqqında  düzgün  təsəvvürlər  formalaşdırmaq,  şagirdləri 

müşahidəçiliyə 

alışdırmaq; 

-  qazanılmış  təsəvvürləri,  faktiki  materialları  ümumiləşdirmək  əsasında  nəticələr 

çıxartdırmaq; 

- nəzəri biliklərin,  coğrafi anlayış və qanunların şüurlu başa düşülməsinə, onların 

əsasında 

duran 


həyat 

hadisələrinin 

dərk 

edilməsinə 



nail 

olmaq; 


-  fənlərarası  əlaqə  yaratmaq  yolu  ilə  dünyaya  bitkin  baxış,  elmi  dünyagörüşü 

formalaşdırmaq; 

-  şagirdləri  tədricən  elmi  idraka  yaxınlaşdırmaq:  müstəqil  problemlər  qoyub, 

onların 


həlli 

yollarını 

tapmağa 

istiqamətləndirmək. 

Elmilik prinsipi təlimin təşkilinə bir sıra tələblər verir. O, təlimin bütün sahələrində 

-  həm  onun  məzmununda  (    standart  və  dərsliklərdə)  və  metodlarında,  həm  də 

şagirdlərin 

təlim 


fəaliyyətinin 

təşkilində 

gözlənilməlidir. 

Təlim  metodları,  xüsusən  müəllimin  şərhi,  müsahibəsi,  şagirdlərin  müstəqil 

fəaliyyəti  elmiliyə  əsaslanmalıdır.  Coğrafiyanın  tədrisində  elmilik  prinsipinin 

yerinə yetirilməsində  bir sira problemlər vardır:  

a.  faktların  qeyri  dəqiqiliyi-  faktlar  müxtəlif  mənbələrdən    alındığına  görə 

coğrafiya  dərsliklərində  olan  materialar  ilə    digər  mənbəərdəki    faktlar  arasında 




 

fərqlərə rast gəlinir;  



b.  Statistik  göstəricilər-  -xüsusilə  iqtisadi-coğrafi  xarakterli  rəqəm 

materiallarının    təqdim  edilməsində  fərqlər  yarana  bilər.  Bu  ayrı-ayrı  siniflərdə 

eyni  materialdan  istifadə  zamanı  meydana  çıxır  (  məsələn  Azərbaycan  əhalisinin 

sayı VI sinif dərsliyi yazılarkən yəni 2013- cü ildə 9,6 milyon nəfər olduğu halda , 

XI sinif  dərsliyində 2018 –ci ildə 9,7 mln  nəfər göstərilir.    


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin