2. Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri, funksiyaları və quruluşu
Təlim prosesi öyrədən və öyrənənlərin qarşılıqlı fəaliyyəti olub, onun mərkəzində tələbənin formalaşmaqda olan şəxsiyyəti, idrak fəaliyyəti durur. Təlim prosesinin inkişafının əsas hərəkətverici qüvvəsini ziddiyyətlər və onların həlli təşkil edir. Bu prosesdə həm xarici, həm də daxili ziddiyyətlər özünü göstərir.
Əsas xarici ziddiyyət cəmiyyətin tələbləri ilə təlim prosesinin səviyyəsi arasındakı
ziddiyyətdir. Təlim prosesində tələbələrin zehni inkişafında daxili ziddiyyətlər də mühüm roloynayır. Əsas daxili ziddiyyət tələbələrin idrak tələbatları ilə mövcud imkanları (bilik və bacarıq səviyyəsi) arasındakı ziddiyyətdir. Tələbə özünü düşündürən suallara cavab tapmaq, yeni bilikləri mənimsəmək istəyir. Tələbə bütün imkanlarını (biliyini, bacarığını, iradi səyini, psixi qüvvələrini) səfərbərliyə alaraq çətinlikləri aradan qaldırır, tələbatını ödəyir – yeni biliyə yiyələnir. Deməli, ziddiyyət aradan qalxır. Ziddiyyətlərin həlli, bir tərəfdən, tələbənin zehni, psixi və mənəvi inkişafına kömək edir, digər tərəfdən isə təlim prosesini daha səmərəli qur
mağa, təlimin məzmununu, metod və formalarını təkmilləşdirməyə, təlimin funksiyalarını uğurla yerinə yetirməyə imkan verir.
Dostları ilə paylaş: |