Mühazirə Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti, qanun və prinsipləri. Plan: Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri


Şüurluluq, fəallıq və müstəqillik prinsipi



Yüklə 77,92 Kb.
səhifə14/20
tarix12.05.2022
ölçüsü77,92 Kb.
#57655
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
5 Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti,

Şüurluluq, fəallıq və müstəqillik prinsipi.

Bu prinsip tələbələrin təlimdə fəallığını, mənimsəmənin şüurluluğunu təmin etməyi nəzərdə tutur.

Şüurlu mənimsəmənin bir neçə əlaməti vardır: elmi biliyin başa düşülməsi, düzgün ifadə olunması, tətbiqi, yeni fakt və misalların tapılması, bilik və bacarıqların yox­lan­ması və səhvlərin düzəldilməsi. Şüurluluq fəallıqla və müstəqilliklə vəhdət təş­kil edir.Şüurluluq, fəallıq və müstəqillik təlimin mühüm amili olub, bilik və baca­rıqların mənimsənilməsinin sürətinə, dərinliyinə, möhkəmliyinə həlledici təsir gös­tərir.Tələbə şüurlu mənimsədiyi biliklərdən sərbəst və yaradıcı şəkildə istifadə edir, onları müxtəlif şəraitdə, peşə fəaliyyətində asanlıqla tətbiq etmək imkanı qazanır.

Bu prinsipin tətbiqi müəyyən qaydalarla bağlıdır:

- tələbələrin fəallığı və şüurluluğu üçün əlverişli şərait yaratmaq, bu keyfiyyətləri stimullaşdırmaq;

- tələbələrin zehni və əməli fəallığını əlaqələndirmək;

- təlimdə müxtəlif növ müstəqil işlərə, o cümlədən yaradıcı işlərə, problemlərin həllinə geniş yer vermək;

- tələbələri fəal təlimə cəlb etmək üçün həm zahiri vasitələrdən (səmimi ünsiyyət, həvəsləndirmə, tələb, əyanilik, interaktiv metodlar və s.), həm də daxili stimul­lar­dan (biliklərə tələbat, təlimə maraq, idrak motivləri və s.) vəhdətdə istifadə etmək.




Yüklə 77,92 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin