Təlimdə fərdi yanaşma prinsipi.
Bu prinsip təlimdə tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almağı, hər kəsin inkişafı üçün əlverişli şərait yaratmağı və təlimdə uğurlu fərdi cığırını tapmağı tələb edir. Təlimdə fərdi yanaşmanın vacibliyi
onunla bağlıdır ki, qrupdakı tələbələrin qüvvə və imkanları eyni deyildir: bəziləri təlim materialını tez qavrayıb uzun müddət yadda saxlaya bildikləri halda, başqaları gec öyrənib tez də unudurlar. Müəllim bu göstəricilər üzrə hər bir tələbənin fərdi xüsusiyyətlərindən çıxış edərək təlimdə fərdi yanaşmanı həyata keçirir. Bu prinsipin tətbiqində müxtəlif qaydalar əsas götürülür:
- tələbələrin fərdi maraq və qabiliyyətlərini inkişaf etdirmək;
- fərdi fərqlərdən çıxış edərək tapşırıqları fərdiləşdirmək və diferensiallaş
dırmaq;
- zəif və yaxşı oxuyan tələbələrlə onların səviyyələrinə uyğun iş aparmaq (fərdi
tapşırıqlar, əlavə məşğələlər, məsləhətlər və s.), müəllimin köməyini fərdiləşdirmək;
- fərdi tədris planı ilə təhsil alan tələbələrlə fərdi işi gücləndirmək.
Dostları ilə paylaş: |