Təlimin optimal təşkili prinsipi.
Bu prinsip məqsəddən və konkret şəraitdən çıxış edərək, ən münasib (optimal) təlim variantı seçib tətbiq etməyi və mümkün olan yüksək nəticəyə nail olmağı nəzərdə tutur.
Təlimin optimallaşdırılması şablon və stereotiplərdən uzaqlaşmağa, işə yaradıcı
yanaşmağa, qarşıda duran vəzifələrin optimal həlli yollarını tapmağa imkan verir. Bu da yeni pedaqoji təfəkkürün mühüm şərtini təşkil edir.
Təlimin optimal təşkili prinsipi müxtəlif qaydalarla həyata keçirilir:
- təlimin qarşısında duran vəzifələri (təhsil, tərbiyə və inkişaf) düzgün müəyyənləşdirmək;
- təlimin optimal məzmununu (nə öyrəniləcək, hansı sistemdə, hansı həcmdə,
hansı çətinlikdə və s.) müəyyənləşdirmək;
- konkret mövzu və auditoriya üçün optimal metodik variant seçib tətbiq etmək;
- nəticələri optimallıq baxımından (az vaxt və qüvvə sərf etməklə mümkün olan
yüksək nəticə əldə edilməsi) təhlil edib, öz işini qiymətləndirmək.
Dostları ilə paylaş: |