Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə37/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

6. Distant təlim texnologiyaları 
Distaııt təlim deyərkən, əhalinin geniş təbəqələri üçün ölkə daxilində və xaricdə 
xüsusi informasiya - təhsil şəraitinin yaradılması başa düşülür. Kompleks təhsil 
xidmətlərinə əsaslanan distant təlim məsafədən (telekommunikasiya, kompüter, 
elektron poçtlar, sputnik televiziya, radio, kompüter və internet əlaqələr və s.) təlim 
informasiyası mübadiləsi vasitəsilə həyata keçirilir. inkişafetdirici təlim 
texnologiyalarıfasiləsiz təhsil formalarından biridir və insanın təhsil və informasiya 
almaq hüquqlarını reallaşdırır, ölkə daxilində vətəndaşların təhsil imkanlarım 
genişləndirir. Distant təlim məktəbliyə, tələbəyə, işsizlərə, hərbi və hüquqi şəxslərə
aparıcı universitetlərin, institutların, ixtisasartırma və ixtisasdəyişmə mərkəzlərinin 
elmi və təhsil potensialından faydalanmağa imkan verir. Distant təlim əsas fəaliyyət və 
təhsillə yanaşı, əlavə təhsil üçün şərait yaradır. Distant təlim sistemi müxtəlif 
səviyyələrdə təşkil olunur;
• Qlobal (xalqlararası və federal) distant təlim sistemləri və onların təminatı.


• Regional distant təlim sistemləri və onların təminatı.
• Lokal distant təlim sistemləri və onların təminatı.
Distant təlimin təşkili istiqamətləri aşağıdakılardır:
• Distant təlimin konseptual aspektləri. 
• Distant təlimin didaktik aspektləri.
• Distant təlimdə testləşdirmə.
• Distant təlim şəraiti və texnologiyaları.
• İnformasiyaların verilməsi qaydaları.
• Kommunikasiya formaları.
Bütün dünyada distant tgəlimi reallaşdırmaq məqsədilə tədris proqramlarının 
transiyasiyasından geniş istifadə olunur. Bu zaman geniş auditoriya üçün müxtəlif 
təlim idrak proqramları, mühazirələr nümayiş etdirilir. Distant təlimin bu formasından 
iqtisadi, hüquqi, ekoloji, elmi, mədəni və digər biliklərin əldə edilməsində istifadə 
olunur. «Qlobal mühazirə zalı», «Dünya universiteti», «Xalqlararası elektron 
universitet)) və digər distant təlim sistemləri bütün dünyada geniş yayılmışdır. Bu 
elektron sistemlər dünyanın müxtəlif yerlərində yaşayan insanlar arasında ünsiyyət 
yaratmağa, insan həyatının müxtəlif sferaları haqqında biliklər mübadiləsi və 
diskussiya təşkil etməyə şərait yaradır. Distant təlimin regional sistemləri ayrıca 
götürülmüş region daxilində, regionun xüsusiyyətləri nəzərə alınmaqla, təhsil 
vəzifələrini həyata keçirir. Həmin sistem federal distant təlim sisteminin tərkib 
elementidir. Bu səbəbdən də. regional sistemlər yaradılarkən, konkret dövlət təhsil 
standartlarının tələbləri nəzərə alınmalıdır. Lokal distant təlim sistemi bir şəhər, yaxud 
bir universitet çərçivəsində hər hansı professional bilik .sahəsi çərçivəsində 
reallaşdırılır. Distant təlim sisteminin əsas vasitəsi telekommunikasiya sistemidir. 
Bunlar aşağıdakı vəzifələrin həllinə yönəlir:


• zəruri tədris və tədris-metodik materialın təmin edilməsi;
• öyrədən və öyrənən arasında əks-əlaqənin yaradılması;
• distant təlim sistemi daxilində idarəetmə informasiyası mübadiləsi;
• xalqlararası informasiya şəbəkəsinə qoşulmaq.
Respublikamızda distant təlim sistemini formalaşdırmaq üçün, birinci, interaktiv 
sputnik televiziyası yaradılmalıdır. O, mərkəzi və regional tədris telestudiyalarından 
ibarət olmalı və sputnik kanalları ilə birləşməlidir. İkincisi, regionlarda ali məktəb 
kompüter telekommunikasiya sistemlərinin (RUNNET, UNJCOR, RELARN) 
inkişafını və onların inteqrasiyasını təmin etmək lazımdır. Üçüncüsü, respublika 
daxilində mövcud olan sahə ilə distant təlim sistemlərinin əlaqəsi təmin edilməlidir. 
Dördüncüsü, kompüter telekommunikasiya üçün müvafiq təlim xarakterli informasiya 
ehtiyatlarının sistemini yaratmaq və nəhayət, ən başlıcası, elektron kitabxanalar 
sistemini inkişaf etdirmək lazımdır.
Kütləvi auditoriya üçün nəzərdə tutulan distant təlim formasından başqa ünvan 
xarakterli mühazirə və məşğələləf sistemi də mövcuddur. Bu halda müvafiq kursu 
bitirən şəxs imtahan verib, müvafiq diplom, sertifikat və ya başqa sənəd ala bilər.
Distant təlim texnologiyası dedikdə, insanın müəyyən bilikləri müstəqil surətdə əldə 
etməsinə, habelə bu prosesə nəzarət etməyə imkan verən metod, forma və vasitələrin 
məcmusu başa düşülür. Distant təlim texnologiyası aşağıdakı vəifələrin həllini təmin 
etməlidir:
• təhsilalanlara öyrənilən materialın əsas məzmununu çatdırmaq.
• öyrənən və öyrədənlərin interaktiv qarşılıqlı münasibətini təmin etmək;
• tədris materialının müstəqil surətdə mənimsənilməsi üçün əlverişli şərait yaratmaq;
• qiymətləndirmə. Dünya praktikasında bu vəzifələrin həllini təmin edən 
texnologiyalar aşağıdakılardır;


• Tədris və digər çap materialının təqdim edilməsi.
• Öyrənilən materialların kompüter telekommunikasiya vasitəsilə göndərilməsi.
• Kompüter telekommunikasiya vasitəsilə diskussiya və seminarlar keçirilməsi.
• Videoplyonka.
• Milli və regional televiziya və radiostansiyalar vasitəsilə tədris proqramlarının 
transiyasiyası.
• Kabel televiziyası.
• Səsli poçt.
• İkitərəfli videokonfrans.
• Birtərəfli videotransiyasiya və telefonla əks-əlaqə.
• Lazer disklərində kompüter elektron dərsliklər, yaxud elektron dərsliklər.
Distant təlim texnologiyasının mühüm tərkib elementləri aşağıdakılardan ibarətdir:
- tədris və digər çap materiallarının kompüter telekommunikasiya vasitəsilə 
göndərilməsi;
- milli və resgional televiziya və radiostansiyalar vasitəsilə tədris 
proqramının translyasiyası;
- səsli poçt, internet, elektron poçtu vasitəsilə müəllim və tələbə arasında 
sinxron ünsiyyətin yaradılması;
- video distant təhsilin mühüm vasitəsidir (videoplyonka, videokonfrans). 
Distant təlim texnologiyasında qeyd edilən ünsürlərdən kompleks şəkildə 
istifadə olunur. 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin