3) nəzarət formaları (yoxlama işləri,
kollokvium, zaçot (məqbul) və imtahanlar, kurs
və buraxılış işlərinin müdafiəsi və s.).
Bu formaların hər biri müəyyən vəzifəni yerinə yetirir. Ali məktəbdə tətbiq olunan
təlimin əsas təşkili formalarını nəzərdən keçirək.
2.Mühazirə və ona verilən tələblər
Mühazirə-leksiya (latınca lectio “oxu” deməkdir) təlim materialının
müəllim
tərəfindən sistemli, ardıcıl şərhi deməkdir. O, ali məktəbdə ənənəvi təlim forması olub,
mühüm əhəmiyyət kəsb edir: az vaxtda daha çox elmi informasiya verməyə imkan
yaradır. Mühazirə bir neçə vəzifəni yerinə yetirir:
a) tələbələri elmi biliklərlə silahlandırmaq;
b) elmə maraq oyatmaq;
c) elmi təfəkkurü, elmi dünyagörüşü formalaşdırmaq;
ç) tələbələri müstəqil işə istiqamətləndirmək;
d) tələbələrin ideya-mənəvi, istetik tərbiyəsi işinə kömək göstərmək.
Bu vəzifələrin yerinə yetirilməsi üçün mühazirənin müxtəlif tiplərindən istifadə edilir.
Mühazirələr müxtəlif məntiqi əsaslara görə tiplərə bölünür. Mühazirə tipləri: 1.Təlim
prosesindəki yeri və roluna görə mühazirənin aşağıdakı tipləri fərqləndirilir: giriş, cari,
icmal, epizodik və yekun mühazirələr.
2. Mühazirələr xarakterinə görə də bir neçə tipdə olur: sistemli,
problemli, qarışıq
mühazirələr.
3. Pedaqoji ədəbiyyatda mühazirələrin təşkili qaydasına görə müxtəlif tipləri nəzərdən
keçirilir: mühazirə-diskussiya (mühazirə tələbələrin sualları əsasında, onlarla
diskussiya şəraitində keçirilir), ikilikdə mühazirə (müəllim digər mütəxəssislə və ya
ekspertlə
birlikdə dialoq, diskussiya, polemika əsasında, tələbələri də dialoqa cəlb
etməklə mövzunu şərh edir), mühazirə-press konfrans (mühazirə müəyyən mövzu üzrə
tələbənin sualları üzərində qurulur), vizual mühazirə (mühazirə
təlimin texniki
vasitələrinin köməyi ilə əvvəldən hazırlanmış material əsasında keçirilir) və s.
Dostları ilə paylaş: