Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə35/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

 Tədqiqatın icrası 
(fərziyyələr ) 

 Kollektiv müzakirə 

 Nəticə çıxarılması


Fəal təlim texnologiyasında çox müxtəlif interaktiv metodlardan (“beyin həmləsi”, 
diskussiya, müzakirə, mətn üzrə iş, situativ təhlil, sxem və cədvəllərlə iş, işgüzar rollu 
oyunlar və s.) istifadə edilir.
4. Oyun texnologiyaları 
Təlim oyunları biliklərin möhkəmləndirilməsi və tətbiqində, tələbələrin zehni 
ikişafında, təlimə marağın artmasında, emosional mühit yaradılmasında yaxşı vasitə 
rolunu oynayır. Oyun belə bir ardıcıllıqla keçir:
Oyuna hazırlıq 

Rol bölgüsü 

Təlimat 

Oyunun keçirilməsi 

Oyunun 
müzakirəsi
Oyun – tapmacalar, oyun-yarışlar təlimdə gərginliyi götürmək, tələbələrin fəaliyyətini 
canlandırmaq məqsədi güdür. Məsələn, «Sözü, anlayışı tap» oyun-tapmacasında 
tələbələr verilmiş əlamətlərə görə müvafiq sözü, anlayışı tapırlar. Məsələn, «XVI əsrin 
əvvəli», «Təbriz», «Şah İsmayıl» sözlərinə görə vərəqin arxasında yazılmış sözü, 
ifadəni («Səfəvilər dövləti») tapmaqla bağlı müəllim tarixçi tələbələrlə oyun-tapmaca 
keçirir. Göstərilən oyun metod və priyomlarından yerinə görə – didaktik məqsəd və 
vəzifədən, mövzunun xüsusiyyətindən asılı olaraq istifadə edilir.
Oyunun müvəffəqiyyəti iştirakçıların malik olduğu müvafiq bacarıq və vərdişlər 
sistemindən asılı olur. Pedaqoji model didaktik (öyrədici) və tərbiyəedici məqsədlərin 
reallaşdırılmasına xidmət edir. 
Oyun modelinin bütün elementlərinin əsasına qoyulan konflikt və ziddiyyətlər 
oyunun gedişini təsbit edir. Ssenarinin əsas elementi oyun prosesinin xarakterini və 
dinamikasını 
müəyyən 
edən 
hadisələrin 
generalizasiyası, 
başqa 
sözlə, 
ümumiləşdirilməsidir. Oyunin qaydaları sadə variantda modelləşdirilmiş real proses və 


hadisələrin xüsusiyyətlərini əks etdirir. Oyun qaydaları (reqlamentin gözlənilməsi; 
diskussiya xarakterli suallar, informasiyaların aktiv formalarda təqdim edilməsi və s.) 
oyunun işgüzar kontekstini reallaşdırmağa xidmət edir. Qiymətləndirmə sistemi qəbul 
edilmiş qərarlara nəzarəti, özünənəzarəti, oyun- iştirakçılarının fəaliyyətini və fərdi 
keyfiyyətlərini qiymətləndirməyi, iştirakçı qrupların işinin rasional gedişini təmin 
etməyə xidmət edir. Oyun faktik nəticələrini şərtləndirən səbəblərin təhlili və 
nəticələrin ümumiləşdirilməsi ilə başa çatır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin