VI Mühazirə
Ali məktəbdə pedaqoji texnologiyalar
Plan:
1.
Ali məktəbdə pedaqoji texnologiyaların təsnifatı
2.Problemli təlim texnologiyaları
3.Fəal təlim texnologiyaları
4. Oyun texnologiyaları
5. İnkişafetdirici təlim texnologiyaları
6. Distant təlim texnologiyaları
1. Ali məktəbdə pedaqoji texnologiyaların təsnifatı
Pedaqoji texnologiya (yunanca techne - sənət, ustalıq, bacarıq deməkdir) -
bütövlükdü pedaqoji prosesin sitııyasiyası onun iştirakçdanmn fəaliyyətinin biri-birilə
qarşdıqlı əlaqədə olan komponentlərinin, mərhələlərinin ardıcd, fasiləsiz hərəkətidir.
Başqa sözlə, pedaqoji texnologiya dedikdə, qoyulmuş məqsədlərə uyğun olaraq bilik,
bacarıq, vərdiş və münasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata keçirmək
üçün əməliyyatlar komplekti başa düşülür. Pedaqoji texnologiyaların işlənməsi
pedaqoji modelləşdirmədən (proyektləşdirmədən) başlayır. Pedaqoji modelləşdirmə
(proyektləşdirmə) pedaqoji fəaliyyətin bütün əsas mərhələlərinin, detallarının
əvvəlcədən hazırlanmasıdır. Bu hər bir müəllimin, o cümlədən, ali məktəb
müəlliminin
məqsədəmüvafiq
mühüm
fəaliyyət
sahələrindəndir.
Pedaqoji
proyektləşdirmə icra olunacaq fəaliyyətin (pedaqoji sistemlərin, pedaqoji prosesin,
pedaqoji situasiyaların) mümkün variantlarını hazırlamaqda və onun nəticələrini
proqnozlaşdırmaqda ifadə olunur.
Pedaqoji texnologiya aşağıdakı mərhələlərdən ibarətdir:
• konkret tədris planı və proqramlara uyğun olaraq təhsilin məzmununun
müəyyənləşdirilməsi;
• müəllimin fənnin tədrisi prosesində reallaşdıracağı başlıca məqsədlərin
müəyyənləşdirilməsi (təhsilalanlara hansı peşə qabiliyyətləri, bacarıq və vərdişlər,
.şəxsi keyfiyyətlər aşılanacaq);
• bir, yaxud bir neçə məqsədin həllinə yönəlmiş texnologiyanın seçilməsi;
• konkret təlim texnologiyasının hazırlanması. Deməli, təlim texnologiyasının
hazırlanması fənnin məzmununun, təşkili formalarının, vasitə və metodlarının
proyektləşdirilməsini nəzərdə tutur.
Ali tədris müəssisəsində təlim texnologiyasının məzmunu deyilərkən, tələbələrə
təqdim edilən və onlarda təlim və peşə ilə bağlı bacarıq və vərdişlərinin
formalaşmasını təmin edən təlim informasiyasının məzmunu və strukturu, məsələ,
tapşırıq və çalışmalar kompleksi başa düşülür. Bu, tələbənin gələcək peşə fəaliyyəti ilə
bağlı ilkin təcrübəni mənimsəməsini təmin edir. Burada təlimin təşkili formaları,
habelə qazanılmış biliklərin möhkəmləndirilməsini təmin edən nəzarət formaları da
nəzərə alınmalıdır. Təlim texnologiyası sistemli kateqoriyadır. Onu tənzimləyən
struktur elementləri aşağıdakılardır;
• təlimin məqsədləri;
• təhsilin məzmunu;
• pedaqoji ünsiyyət vasitələri;
• motivlər;
• təlim prosesinin təşkili formaları;
• tələbə-müəllim münasibətləri;
• pedaqoji fəaliyyətin nəticələri;
• tələbənin professional hazırlığının səviyyəsi.
Deyilənlərdən belə bir nəticə çıxır ki, təlim texnologiyası təlim prosesinin təşkili,
idarə olunması və nəzarət proseslərinin sistemli və ardıcıl surətdə həyata keçirilməsini
təmin edir. Bu proseslər biri-birilə sıx vəhdətdə və qarşılıqlı əlaqədə cərəyan edir.
Texnologiya - fəaliyyətlə bağlı zəruri bacarıq və vərdişlərə malik olmaq və onlardan iş
prosesində ustalıqla istifadə etmək məharətidir. Təlim texnologiyaları - təlim prosesini
təj/kil edərkən, iştirakçıların, yəni öyrədən\ və öyrənənlərin imkanlarım, istifadədə
olan texniki vasitələri nəzərə alır və nəhayət etibarilə, təlimin təşkili formalarının
opthnallaşdırımasını təmin edir. Təlim texnologiyası - vasitə və metodların
məcmusudur, həm də müəllimin təlim prosesində tələbələrə müxtəlif texniki və
informasiya vasitələri ilə təsiri prosesidir. Təlim texnologiyası təhsilin məzmununu, .
təlim vasitələri, metod və formalarını sistem halında reallaşdırmaqla, məqsəd və
vəzifələrin effektiv həllini təmin edir. Konkret təlim texnologiyasının hazırlanması -
müəllimin pedaqoji proyektləşdirmə funksiyasıdır və aşağıdakı mərhələlər üzrə həyata
keçirilir:
• təhsilin məzmununun müəyyənləşdirilməsi;
• əsas məqsədlərin müəyyənləşdirilməsi;
• texnologiyanın seçilməsi;
• təlim texnologiyasının işlənməsi.
Təlim texnologiyasının mahiyyəti tələbələrə təqdim olunan informasiyaların
məzmunu və strukturunu özündə birləşdirir. Tələbələrdə təlim və professional bacarıq
və vərdişlərin formalaşmasını təmin edən məsələlər, tapşırıq və çalışmalar da bu
sistemə daxildir. Təlim metodu - tələbələrin müvafiq bilik, bacarıq və vərdişlərin
mənimsənilməsinə yönəlmiş öyrənmə qaydaları sistemidir. Təlim vasitələri - təlim
prosesinin effektivüliyini təmin edən obyektlərdir. Deməli, təlim texnologiyasının
strukturu iki təbəqədən ibarətdir:
• Tədris fənninin məzmunundan ibarət olan daxili təbəqə;
• Təlini prosesində məzmunun reallaşdırılması prosesindən ibarət olan xarici təbəqə.
Müasir pedaqogikada təlim texnologiyalarının təsnifatında fikir vahidliyi yoxdur.
Təlim texnologiyalarının ənənəvi və innovasiya formalarını əhatə edən təsnifatlar
pedaqoqlar tərəfindən məqbul hesab edilir. Son dövrün maraqlı təsnifatlarından biri
aşağıdakı kimidir.
• Fəaliyyətin istiqamətinə görə (öyrədənlər, öyrənənlər).
• Təlimin məqsədlərinə görə.
• Fənlərin istiqamətinə görə (humanitar, təbiət, texniki və s.).
• Texniki vasitələrə görə (audiovizual, kompüter. videokompüter və s.).
• Təlim prosesinin təşkilinə görə (fərdi, qrup, kollektiv, qarışıq).
• Metodik məqsədinə görə (bir fənnin, yaxud bir mövzunun tədrisi texnologiyası).
Təlim texnologiyası seçilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır;
• təhsilalanların şəxsiyyətinin peşə fəaliyyətinin mərkəzinə qoyulması, onlara təlim
prosesinin subyekti kimi yanaşılması;
• insanın ən qiymətli dəyər kimi qəbul edilməsi;
• cəmiyyətin müxtəlif peşə-ixtisas sferalarına (texniki, təbii-elmi, humanitar və s.)
ehtiyacı;
• bütün təhsil sistemində köklü islahatlar aparılması;
• sosial inkişafın istiqamətləri;
• hər bir texnoloji sistemin tələbələrin yaş və fərdi xüsusiyyətinə uyğunlaşdırılması;
• hər bir təhsilalanın şəxsi yaradıcılıq potensialının, fərdi imkan və qabiliyyətinin
maksimum inkişafının təmin edilməsi.
Dostları ilə paylaş: |