Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə28/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

4. Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi
Təsnifatdakı hər bir metodlar qrupu əsas didaktik məqsədlərin yerinə 
yetirilməsinə xidmət edir.
1.Təsəvvürlərin formalaşdırılması (qavrama) metodları. Hissi qavramanı təminetmək, 
ətraf aləm haqqında dolğun təsəvvürlər yaratmaq məqsədi güdür. Bu qrup metodlara 
müşahidə, illüstrasiya, demonstrasiya və təsvir metodları daxildir.


Müşahidə metodu müəyyən məqsədlə, planlı və sistemli şəkildə qavrama prosesinin 
təşkili metodudur.
İllüstrasiya metodu əyani vasitələrin köməyi ilə təlim materialının qavranmasını 
nəzərdə tutur. Əyani vasitələr müxtəlif növdə olur: a) təbii əşyalar; b) şəkil və plakatlar; 
c) sxematik materiallar (sxem, cədvəl, diaqramlar); ç) simvolik əyani vəsaitlər 
(xəritələr, qlobus). Məqsəd və məzmundan asılı olaraq əyani vasitələrin müxtəlif növləri 
seçilib tətbiq edilir.
Demonstrasiya metodu əşya və hadisəni dinamikada, yəni dəyişmə və inkişaf halında 
nümayiş etdirmək metodudur. Buraya təcrübələr, kino, diafilmlər və televiziya 
verilişlərindən, kompüterdən istifadə daxildir. Təsvir metodu müəyyən fakt və hadisəni 
söz vasitəsilə tələbələrin təsəvvüründə canlandırmaq metodudur.
2.Nəzəri biliyin (anlayış və qanunların) mənimsədilməsi metodları. Bu metodlar 
tələbələrin şüurunda düzgün elmi anlayışların yaradılması və qanunların dərk edilməsi 
məqsədi güdür. Bu qrup metodlara müəllimin şərhi, müsahibə, diskussiya, məntiqi 
metodlar, kitab üzərində iş metodları, problem-axtarış metodları daxildir. Müəllimin 
şərhi metodu müəyyən faktı, hadisəni, anlayış və qanunauyğunluğu şifahi şəkildə 
tələbələrə çatdırmaq metodudur. Bu metod az vaxtda daha çox informasiya verməyə 
imkan yaradır. Müəllimin şərhi üç növdə olur: nəql, izah, mühazirə. Müəllimin şərhi öz 
xarakterinə görə məlumatverici və problem şəklində olur. Məlumatverici şərh hazır 
informasiya verməyi nəzərdə tutur. Problem şərh isə tələbələri düşündürməyə xidmət 
edir: bu zaman müəllim mövzu üzrə müəyyən problemlər irəli sürür, ya özü, ya da 
tələbələrin iştirakı ilə onları həll edir. Şərhin səmərsi üçün müəyyən şərtləri gözləmək 
lazımdır: şərhin məzmunu (müəllimin danışığı) elmi və sistemli olmalı, tələbələrin 
anlama səviyyəsinə müvafiq gəlməlidir; fikirlər aydın və anlaşıqlı olmalı, sübut 
edilməlidir; nəzəri biliklər həyatla əlaqələndirilməlidir; şərh zamanı tələbələrin fəallığı 
təmin edilməlidir (qeydlər aparmaq, diskussiya elementləri və s.).


 Müsahibə metodu sual-cavab deməkdir. Müsahibə, əsasən, iki növdə olur: evristik və 
təkrarlama müsahibəsi. Evristik müsahibə (“evrika” yunanca “tapdım” deməkdir) yeni 
qaydanı, qanunauyğunluğu sualların köməyi ilə tələbələrə tapdırmaq metodudur. 
Evristik metodda sualların köməyi ilə müvafiq faktlar təhlil olunur və nəticələr çıxarılır. 
Müsahibə zamanı sualların düzgün qoyulması mühüm şərtdir. Sualın qoyuluşu müəyyən 
tələblərə cavab verməlidir:
a) sual konkret və aydın olmalıdır; ümumi xarakterli sual aydın olmur (məsələn, 
“S.Vurğun haqqında nə deyə bilərsən?”);
b) sual düşündürücü olmalıdır; “hə” və “yox” cavabı tələb edən sual (məsələn, 
“Metallar istidən genişlənirmi?”) tələbələri düşündürmür;
c) sual yığcam olmalıdır; iki və çoxmərtəbəli sual (məsələn, “İsim nədir, o, hala və 
şəxsə görə necə dəyişir?”) vermək düzgün deyildir, belə sual yaxşı yadda qalmır və 
cavaba mənfi təsir göstərir;
d) yanlış və çaşdırıcı suallar vermək olmaz. Belə suallar (məsələn, “Ay Günəşdən neçə 
dəfə böyükdür?”) tələbələrin təfəkkürünü səhv yola sövq edir və müəllimin biliyi haqda 
onlarda şübhə yarada bilər.
Müsahibə metodunun təşkilində müəyyən qaydanı gözləmək lazımdır: sual tək-tək 
tələbəyə yox, qrupa verilir və istənilən tələbədən soruşulur. Cavab səhv və ya qeyri-
dəqiq olarsa, səhv cavab tələbənin özünə, ehtiyac olduqda isə digər tələbələrə 
düzəltdirilir, cavab yenə təminedici olmasa, müəllim özü izah edir. Müsahibənin bir 
forması da diskussiyadır. Diskussiya metodu elmi mübahisə deməkdir. Diskussiya 
zamanı müəyyən problem üzrə müxtəlif baxışlar, mövqelər irəli sürülür, hər kəs öz 
mövqeyinə haqq qazandırmağa, digər mövqeyi təkzib etməyə çalışır. Təlimin məntiqi 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin