Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


V mühazirə  Ali məktəbdə təhsilin məzmunu. Təlim metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə24/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

V mühazirə 
Ali məktəbdə təhsilin məzmunu. Təlim metodları
Plan:
1. Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr. 
2. Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər.
3. Təlim metodları və onların təsnifatı.
4. Təlim metodlarının səciyyəsi və tətbiqi.


5. Təlim texnologiyaları.
 1.Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr
Ali təhsilin məzmunu dedikdə, yüksək ixtisaslı mütəxəssis və vətəndaş-
şəxsiyyət hazırlanması məqsədi ilə təhsil müəssisəsində verilən bilik, bacarıq və 
vərdişlər sistemi başa düşülür. Mütəxəssis hazırlığının keyfiyyəti bu problemin 
həllindən çox asılıdır. Təhsilin məzmunu müəyyən amillərlə bağlıdır. Bu 
amillər sırasına cəmiyyətin tələbi, elmi-texniki tərəqqi, elmin müasir səviyyəsi
peşə-ixtisas profili, dövlət təhsil standartları və s. daxildir. Dövlət təhsil 
standartları müəyyən dövr üçün (5 ildən az olmayaraq) təhsilin məzmununa
maddi bazasına, müəllim və tələbələrin keyfiyyət göstəricilərinə verilən vahid 
dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Təhsil 
müəssisəsinin 
fəaliyyətinin 
qiymətləndirilməsində, 
akkreditasiya 
və 
attestasiyasında müfafiq dövlət təhsil standartları əsas götürülür. Təhsilin 
məzmunu mürəkkəb sistem olub, öz quruluşuna görə bir neçə komponentdən 
(ünsürdən) ibarətdir. Təhsilin məzmunun əsas komponentlərinə aşağıdakılar 
daxildir:
1) təbiət, cəmiyyət, təfəkkür, texnika və fəaliyyət qaydaları haqqında biliklər; 
2) intellektual və praktik bacarıq və vərdişlər sistemi; 
3) yaradıcılıq təcrübəsi; 
4) münasibətlər sistemi (tərbiyəlilik). Təhsilin məzmununun bu komponenti 
insanın 
ətraf 
aləmə, 
başqalarına, 
özünə 
qiymətləndirmə-emosional 
münasibətinin formalaşmasında ifadə olunur və onun inamının, ideallarının 
əsasını təşkil edir.
Təhsilin məzmununun göstərilən komponentləri bir-birilə sıx bağlı olub, 
birlikdə ümumi didaktik məqsədin həyata keçirilməsini təmin edir. Bəs, təlimin 
(məktəbin) başlıca məqsədi nədir? Bu sualla bağlı pedaqogika tarixində (XVIII-
XIX əsrlər) təhsilin məzmununa dair müxtəlif nəzəriyyələr mövcud olmuşdur: 
maddi, formal və dialektik təhsil nəzəriyyələri.



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin