Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə23/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Təlimin peşəyönümlüyü prinsipi. Bu prinsip ali məktəbdə təlim prosesini 
öyrənilən peşəyə istiqamətləndirməyi nəzərdə tutur və belə bir qanuna əsaslanır: ali 
məktəbdə təlim prosesi nə qədər məqsədyönlü şəkildə peşəyə istiqamətləndirilirsə, 
peşəyönümü ideyası bütün iş formalarına, tədris olunan fənlərə nə qədər çox nüfuz 
edirsə, gənclərin bir mütəxəssis kimi hazırlıq səviyyəsi də bir o qədər yüksək olur. 
Bu prinsip müəyyən didaktik qaydalarla həyata keçirilir: - ayrı-ayrı fənlərin 
məzmunu və imkanları çərçivəsində müxtəlif vasitə və metodlardan istifadə 
etməklə peşəyönümü işini həyata keçirmək; - fənndaxili və fənlərarası əlaqələrdən 
peşəyönümü işində istifadə etmək; - ali məktəbdə, fakültədə peşəyönümü mühiti 
yaratmaq; - fakültədə fəaliyyət göstərən kafedralar arasında peşəyönümü işini 
əlaqələndirmək.
 Təlimin elmi fəaliyyətlə əlaqələndirilməsi prinsipi. Bu prinsip ali məktəbdə təlim 
prosesini elmi fəaliyyətlə vəhdətdə aparmağı nəzərdə tutur. Onun əsasında belə bir 
qanun durur: təlim və elmi fəaliyyət bir-birilə nə qədər düzgün və məqsədyönlü 
şəkildə əlaqələndirilirsə, tələbələr elmi axtarışlara geniş cəlb edilirsə, mütəxəssis 
hazırlığının keyfiyyəti bir o qədər yüksək olur. Prinsipin reallaşması müəyyən 
qaydalarla həyata keçirilir: - tələbələri yeni elmi kəşflərlə, eləcə də elmin həll 
edilməmiş problemləri ilə elmi metodlarla tanış etmək: - tələbələri elmi 
problemlərin həllinə cəlb etmək; - tədris prosesində elmi diskussiyalara geniş yer 
vermək; - tələbələrin təlim işini elmi işlə sıx əlaqələndirmək; - kafedraların elmi-
tədqiqat işlərini mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək vəzifəsinə 
yönəltmək.
Təlimdə kollektiv və fərdi iş formalarının əlaqələndirilməsi prinsipi. Bu prinsip 
təlimin təşkilinin kollektiv və fərdi formalarını düzgün əlaqələndirməyi nəzərdə 


tutur. Ali məktəbdə təlimin kollektiv forması üstünlük təşkil etsə də elmi biliklərin 
mənimsənilməsi prosesi fərdi səciyyə daşıyır. Hər tələbənin zehni yükünü düzgün 
müəyyənləşdirmək və buna müvafiq olaraq onunla fərdi iş aparmaq lazım gəlir. 
Fərdi iş forması müxtəlif məzmunda ola bilər: icmal tərtibi; mühazirə mətnlərinin 
tərtibi; laborator və praktik işlərin icrası; proqramın nisbətən çətin mövzularının 
öyrənilməsi; yeni mövzu ilə bağlı əvvəllər keçilən materialların təkrarı; müəyyən 
problem üzrə ədəbiyyatla tanışlıq; ilk mənbələr üzərində iş, elmi iş və s. Tələbə 
fərdi iş formasında semestr ərzində hər fənn üzrə on tapşırığı yerinə yetirməlidir. 
Müəllim fərdi iş üçün tapşırıqları vaxtaşırı semestrdə üç dəfə (müəyyən qrafik 
üzrə) yoxlayıb qiymətləndirməlidir (on bala qədər). Bu prinsipin tətbiqi bəzi 
qaydalara əməl olunması ilə bağlıdır: - tələbələrin fərdi xüsusiyyətlərini, zehni və 
psixi inkişaf səviyyələrini, imkan və qabiliyyətlərini yaxşı öyrənmək və bu əsasda 
fərdi işi müəyyənləşdirmək; - fərdi işlə kollektiv işi düzgün əlaqələndirmək; - fərdi 
işləri tələbənin gücünə, hazırlıq səviyyəsinə uyğun olaraq optimal şəkildə aparmaq; 
- fərdi işləri vaxtaşırı (qrafik üzrə) yoxlayıb müvafiq balla düzgün qiymətləndirmək 
və tələbəni həvəsləndirmək. Nəzərdən keçirilən prinsiplər real təlim prosesində 
qarşılıqlı vəhdətdə tətbiq olunur və bir-birini şərtləndirir. Hər hansı prinsipə 
etinasızlıq göstərmək digər prinsiplərin də təsir gücünü zəiflədə bilər. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin