Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə19/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi. Bu prinsip təlimdə 
öyrətmə, tərbiyə və psixi inkişaf vəzifələrini vəhdətdə həyata keçirməyi nəzərdə 
tutur. Təlim özlüyündə birbaşa tərbiyəedici və inkişafetdirici təsir göstərmir; bu 
məqsədlə 
təlimi 
xüsusi 
istiqamətləndirmək 
lazımdır. Müəllim təlimin 
imkanlarından (məzmun, metod, təşkili forması və s.) istifadə edərək tələbələrdə 
ideya-mənəvi keyfiyyətlər, nəcib hisslər aşılamaq, psixi prosesləri inkişaf etdirmək 
qeydinə qalmalıdır. Bu prinsipin tətbiqi üçün müəyyən qaydalara əməl etmək 
lazımdır: - təlimdə biliklərin keyfiyyətinə (sistemliliyinə, dərk olunmasına) diqqət 
yetirmək; - keçilən bilikləri bir-birilə əlaqələndirmək (fəndaxili, fənlərarası 
əlaqələr); - yeni biliklərə tələbat, maraq yaratmaq; - təlimin imkanlarından tərbiyə 
və psixi inkişaf üçün səmərəli istifadə etmək.
Elmilik prinsipi. Bu prinsip tələbləri elmi biliklərlə, elmi dünyagörünüşü ilə 
silahlandırmağı nəzərdə tutur. Təlimdə keçilən mövzular sübut və dəlillərlə elmi 
cəhətdən əsaslandırılmalı, nəzəri biliklər – anlayış və qanunlar onların aid olduğu 
həyati fakt və hadisələrlə əlaqələndirilməlidir. Əks halda nəzəri biliklər real hadisə 
və proseslərdən ayrı düşər, təlim formal xarakter daşıyar. Bu prinsipin tətbiqində 
aşağıdakı qaydalar gözlənilməlidir: - elmi anlayış və qanunların düzgün dərk 
olunmasına nail olmaq; - tələbələri elmi müşahidələrə, elmi problemlərin həllinə, 
fakt və hadisələrin ümumiləşdirilməsinə, yaradıcı axtarışlara geniş cəlb etmək; - 
elmin inkişafına uyğun olaraq təhsilin məzmununu (proqramları, dərslikləri, 


mühazirə materiallarını) müntəzəm olaraq təkmilləşdirmək; - elmdəki yeniliklərlə, 
mübahisələrlə, həll olunmamış məsələlərlə tələbələri vaxtaşırı tanış etmək; - 
tələbələri tədricən elmi idraka yaxınlaşdırmaq: müstəqil problemlər qoyub onların 
həllinə, elmi metodlara istiqamətləndirmək.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin