Təlimin tərbiyəedici funksiyası təlim prosesindən həm də tərbiyə məqsədi ilə
istifadə etməyi nəzərdə tutur. Tərbiyə funksiyası həm təlimin məzmunu ilə, həm də
təşkili metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət vasitəsilə həyata keçirilir.
Təlimin inkişafetdirici funksiyası təlim prosesində tələbələrin zehni qüvvələrini,
qabiliyyətlərini, psixi proseslərini (diqqət, nitq, təfəkkür, hafizə, təxəyyül və s)
inkişaf etdirməkdə ifadə olunur. Təlim özlüyündə psixi proseslərin inkişafını təmin
etmir; bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır. Təlim prosesinin
göstərilən funksiyaları bir-birindən ayrılıqda yox, qarşılıqlı əlaqədə, həm də
kompleks halında həyata keçirilməlidir. Yalnız bu şərtlə müəllim tələbələrin
şəxsiyyət – vətəndaş və mütəxəssis kimi formalaşmasına, psixi inkişafına kömək
göstərə bilər.
Dostları ilə paylaş: