Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə17/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

 
3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları
Təlim prosesinin metodoloji əsasını fəlsəfənin idrak nəzəriyyəsi təşkil edir. İdrak 
dünyanın insan şüurunda əks olunması prosesidir. Bu proses üç pillədən keçir: hissi 
idrak, məntiqi idrak, praktika. Dünyanın dərk olunması hissi idrakdan başlayır: hiss 
üzvlərinin köməyi ilə insanda ətraf aləm haqqında duyğular, qavrayış və 
təsəvvürlər yaranır. Bu yolla əldə olunan faktik materiallar (qavrayış və 
təsəvvürlər) məntiqi idrakda – mücərrəd təfəkkürdə təhlil olunur, ümumiləşdirilir. 
Mücərrəd təfəkkürdə çıxarılan nəticələr praktikada yoxlanılır; praktika – biliklərin 
həqiqiliyinin əsas meyarıdır. Təlim prosesi də idrakın bir növüdür. Tələbənin 
(şagirdin) öyrənmə yolu bir çox cəhətdən idrak yoluna əsaslanır.
Tələbənin təlim (öyrənmə) yolu idrak yoluna müvafiqdir. Lakin onunla tam eyni 
deyildir; müəyyən fərqli cəhətləri, özünəməxsus xüsusiyyətləri vardır. Bu fərqi 
idrak məqsədində (alim yeni qanunları üzə çıxardır, tələbə isə elmə məlum olan 
bilikləri öyrənir), idrak pillələrinin sistemində (elmi idrakdan fərqli olaraq təlimdə 
pillələrin ardıcıllığı dəyişir, möhkəmlətmə pilləsinə ehtiyac duyulur), idraka 
rəhbərlik işində (alimdən fərqli olaraq tələbənin idrak fəaliyyəti müəllimin 
rəhbərliyi altında gedir) və s. özünü göstərir.
Öyrənmə prosesinin təbii-elmi və psixoloji əsasları. Öyrənmə prosesinin təbii – 
elmi əsasını ali sinir fəaliyyəti haqqında təlim təşkil edir (İ.M.Seçenov, İ.P.Pavlov). 
Ali sinir fəaliyyətinin bir çox qanunauyğunluqları təlim-tərbiyə prosesini düzgün 
təşkil etməyə, mənimsəmənin səmərəsini yüksəltməyə kömək göstərir. Təlim 
prosesində 
fizioloji 
qanunauyğunluqlarla 
yanaşı, 
müəyyən 
psixoloji 
qanunauyğunluqlar da özünü göstərir.
Mənimsəmənin psixoloji əsasları. Biliklərin mənimsənilməsi prosesini yaxşı başa
düşmək və idarə etmək üçün onun psixoloji mexanizmini bilmək vacibdir. Təlimdə 
tələbənin öyrənmə yolu bir neçə mərhələdən – qavrama, anlama, möhkəmlətmə və 


tətbiqetmə proseslərindən keçir. İdrak prosesinin pillələrindən hər hansı birinə 
etinasızlıq göstərmək mənimsəmənin nəticəsinə mənfi təsir edir: qavramasız 
anlama, anlamasız digər ünsürlər mümkün deyildir. Anlama olmadan şüurlu 
mənimsəmə baş tutmaz; mexaniki öyrənmə təlimdə formalizm, əzbərçilik yaradır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin