Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Təlimin qanunları və prinsipləri



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə18/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

4. Təlimin qanunları və prinsipləri
Təlimin özünəməxsus qanunları vardır. Onların dərk edilməsi və düzgün nəzərə 
alınması təlim prosesinin səmərə və keyfiyyətini artırmağa, onu elmi əsasda idarə 
etməyə imkan verir. Əksinə, bu qanunlara laqeyd yanaşdıqda təlim kortəbii 
xarakter daşıyır, lazımi nəticə vermir. Təlim prosesini düzgün idarə etmək üçün, ilk 
növbədə, “qanunauyğunluq”, “qanun”, “prinsip” və “qayda” məfhumlarının 
mahiyyətini yaxşı başa düşmək lazımdır. Təlimin qanunauyğunluqları dedikdə, bu 
prosesə obyektiv şəkildə xas olan ümumi, mühüm, sabit və təkrarlanan əlaqələr
səbəb-nəticə asılılıqları başa düşülür. Təlimin qanunları bu prosesdə özünü 
göstərən qanunauyğun əlaqələrin mahiyyətinin aydın, dəqiq, məntiqi ifadəsidir. 
Təlimin qanunları təlim prinsiplərində öz əksini tapır. Təlim prinsipləri təlimin 
qanunlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin 
ideyalar, fəaliyyət normaları, əsas tələblərdir. Təlim prinsipləri təlim prosesinin 
müxtəlif ünsürləri arasında çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir. 
Təlimin ünsürləri və qanunları ilə prinsipləri arasındakı əlaqələri nəzərdən keçirək 
(bax: sxemə).
Təlim prinsiplərinin göstərilən təsnifatı şərtidir, çünki real təcrübədə təlim vahid, 
bütöv bir proses kimi cərəyan edir. Prinsiplərin mahiyyətini ayrılıqda nəzərdən 
keçirək: 
Təlimin həyatla əlaqələndirilməsi prinsipi. Bu prinsip təlimi təkcə kitab üzrə 
deyil, həyatla sıx əlaqəli şəkildə qurmağı nəzərdə tutur. Belə əlaqə təlimə şüurlu 


xarakter verir, fənnin həyati əhəmiyyətinin başa düşülməsinə kömək edir, ona 
marağı artırır. Prinsipin tətbiqi aşağıdakı qaydalara əməl etməklə bağlıdır: 
- fənnin, mövzunun həyati əhəmiyyətini başa salmaq;
- təlimin məzmununu həyatla əlaqələndirmək;
- keçilən mövzuları tələbələrin təsəvvürləri, müşahidələri, həyati təcrübələri ilə 
əlaqələndirmək;
- bilikləri müxtəlif növ praktik işlərə tətbiq etmək.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin