didaktik cəhətdən işlənməsi (II ünsür). Bu vəzifələri ödəmək baxımından
dərsliyin dörd tipi ayırd edilir:
a) didaktik tip (hər iki ünsür nəzərə alınır);
b) doğmatik tip (I ünsür çatmır);
c) deklarativ tip (II ünsür çatmır);
ç) monoqrafik tip ( hər iki ünsür çatmır).
Bunlardan I tip ən səmərəli, II və III tip qeyri-səmərəli, IV tip isə tam yararsız
dərslik tipi hesab olunur. Dərslik müəyyən tələblərə cavab verməlidir:
- proqrama uyğun olmalı, orada qoyulmuş məsələləri
elmin son nailiyyətləri
əsasında şərh etməlidir:
- təlimin tərbiyəedici və inkişafetdirici vəzifələrinin həllinə kömək
göstərməlidir;
- tələbələrin müstəqil işi üçün istiqamət verməlidir;
- metodik cəhətdən tələbələrin anlama səviyyəsinə müvafiq tərtib edilməli,
materialların mənimsənilməsinə kömək edən metodik aparata malik olmalıdır
(suallar, tapşırıqlar, izahlar, nümunələr, əyanilik və s.);
- dərslik səhiyyə-gigiyenik tələblərə cavab verməlidir (şriftərin ölçüsü, kağızın
rəngi, sətirarası məsafələr və s.)
Tədris proqramına tam uyğun tərtib edilən dərslikdən
fərqli olaraq dərs
vəsaitləri proqramın müəyyən bölmə və mövzularının geniş şərhinə həsr olunur.
Dərslik və dərs vəsaitlərindən əlavə təlimdə elektron tədris materiallarından da
istifadə edilir (videodisklər, videokasetlər və s.).
3. Təlim metodları və onların təsnifatı
Təlim prosesini səmərəli qurmaq üçün müəllim təlim metodlarını yaxşı bilməli,
yerinə görə onları düzgün seçib tətbiq etməlidir. Bu məsələdə müəllimin səhvi və ya
laqeydliyi təlimin və mütəxəssis hazırlığının keyfiyyətinə mənfi təsir göstərir. Yanlış,
qeyri-səmərəli metodlarla yüksək təlim-tərbiyə nəticələrinə nail olmaq mümkün
deyildir. “Metod” yunan sözü olub (“methodos”), nəyəsə nail olmaq yolu deməkdir.
Pedaqoji ədəbiyyatda metodla yanaşı, ərəb sözü olan “üsul” termini də işlədilir. Təlim
metodu dedikdə, təlim prosesində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün öyrədən
və öyrənənlərin birgə fəaliyyətinin yolları başa düşülür.
Metod öz təbiətinə görə
mürəkkəb və çoxcəhətli analyışdır. Hər metod özündə müxtəlif priyomları (tərzləri)
birləşdirir. Təlim metodları təlim prosesində çox böyük rol oynayır. O, təlimin
qanunlarının, prinsiplərinin, məqsəd və məzmununun reallaşmasına xidmət edir:
Dostları ilə paylaş: