Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Sistematiklik və ardıcıllıq prinsipi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə20/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Sistematiklik və ardıcıllıq prinsipi. Bu prinsip təlimdə elmin sistemini mühafizə 
etməyi, bilik və bacarıqların mənimsənilməsində müəyyən ardıcıllıq gözləməyi 
nəzərdə tutur. Elm biliklər sistemi deməkdir; belə sistem yoxdursa, elm də yoxdur. 
Sistemləşdirmə elmi biliklərə maraq yaratmağa, onları asanlıqla yada salmağa və 
tətbiq etməyə imkan verir. 50 Sistemlilik və ardıcıllıq prinsipi müəyyən qaydalarla 
həyata keçirilir: - elmi bilikləri ciddi sistemdə, məntiqi ardıcıllıqda şərh etmək və 
öyrətmək; - yeni bilik və bacarıqları əvvəlkilərə istinadən mənimsətmək; - 
tələbələri müəyyən elm sahəsində bilikləri sistemləşdirmə işinə cəlb etmək; - təkrar 
və çalışmaları müəyyən sistemdə aparmaq.
Əyanilik prinsipi. Bu prinsip təlimi mücərrəd sözlər üzərində deyil, habelə konkret 
şeylərə və hadisələrə əsaslanaraq qurmağı nəzərdə tutur. Əyanilik idrak prosesinin 
öz təbiətindən irəli gəlir: idrak prosesi canlı müşahidədən – fakt və hadisələrin 
qavranılmasından başlanır. Əyanilik konkretlə mücərrədin vəhdətini təmin edir, 
mücərrəd təfəkkürün, obrazlı nitqin inkişafı üçün zəmin yaradır, konkret faktların 
ümumiləşdirilməsinə imkan verir, biliyin tez və möhkəm mənimsənilməsinə kömək 
edir. Əyanilik prinsipinin tətbiqində müəyyən qaydaları gözləmək lazımdır: - 
təlimdə tələbələrin hissi təcrübəsinə istinad etmək; - tələbələrin təsəvvürlərinin 
genişləndirilməsi və dərinləşdirilməsi üçün şərait yaratmaq (müşahidələr, faktların 
təhlili və müqayisəsi və s.); - əyaniliyin universallaşdırılmasına yol verməmək
təlimdə onu müəyyən ölçüdə (təsəvvür zəif olduqda) tətbiq etmək; - əyaniliyin 
müxtəlif növlərindən əlaqəli şəkildə istifadə etmək.
Şüurluluq, fəallıq və müstəqillik prinsipi. Bu prinsip tələbələrin təlimdə fəallığını, 
mənimsəmənin şüurluluğunu təmin etməyi nəzərdə tutur. Şüurlu mənimsəmənin bir 
neçə əlaməti vardır: elmi biliyin başa düşülməsi, düzgün ifadə olunması, tətbiqi, 


yeni fakt və misalların tapılması, bilik və bacarıqların yoxlanması və səhvlərin 
düzəldilməsi. Şüurluluq fəallıqla və müstəqilliklə vəhdət təşkil edir. Şüurluluq, 
fəallıq və müstəqillik təlimin mühüm amili olub, bilik və bacarıqların 
mənimsənilməsinin sürətinə, dərinliyinə, möhkəmliyinə həlledici təsir göstərir. 
Tələbə şüurlu mənimsədiyi biliklərdən sərbəst və yaradıcı şəkildə istifadə edir
onları müxtəlif şəraitdə, peşə fəaliyyətində asanlıqla tətbiq etmək imkanı qazanır. 
Bu prinsipin tətbiqi müəyyən qaydalarla bağlıdır: - tələbələrin fəallığı və 
şüurluluğu üçün əlverişli şərait yaratmaq, bu keyfiyyətləri stimullaşdırmaq; - 
tələbələrin zehni və əməli fəallığını əlaqələndirmək; - təlimdə müxtəlif növ 
müstəqil işlərə, o cümlədən yaradıcı işlərə, problemlərin həllinə geniş yer vermək; 
- tələbələri fəal təlimə cəlb etmək üçün həm zahiri vasitələrdən (səmimi ünsiyyət
həvəsləndirmə, tələb, əyanilik, interaktiv metodlar və s.), həm də daxili 
stimullardan (biliklərə tələbat, təlimə maraq, idrak motivləri və s.) vəhdətdə istifadə 
etmək.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin