Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə21/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Təlimin optimal təşkili prinsipi. Bu prinsip məqsəddən və konkret şəraitdən çıxış 
edərək, ən münasib (optimal) təlim variantı seçib tətbiq etməyi və mümkün olan 
yüksək nəticəyə nail olmağı nəzərdə tutur. Təlimin optimallaşdırılması şablon və 
stereotiplərdən uzaqlaşmağa, işə yaradıcı yanaşmağa, qarşıda duran vəzifələrin 
optimal həlli yollarını tapmağa imkan verir. Bu da yeni pedaqoji təfəkkürün 
mühüm şərtini təşkil edir. Təlimin optimal təşkili prinsipi müxtəlif qaydalarla 
həyata keçirilir:
- təlimin qarşısında duran vəzifələri (təhsil, tərbiyə və inkişaf) düzgün 
müəyyənləşdirmək;
- təlimin optimal məzmununu (nə öyrəniləcək, hansı sistemdə, hansı həcmdə, hansı 
çətinlikdə və s.) müəyyənləşdirmək;


- konkret mövzu və auditoriya üçün optimal metodik variant seçib tətbiq etmək; - 
nəticələri optimallıq baxımından (az vaxt və qüvvə sərf etməklə mümkün olan 
yüksək nəticə əldə edilməsi) təhlil edib, öz işini qiymətləndirmək.
Müvafiqlik prinsipi. Bu prinsip təlimi tələbələrin yaş və anlama səviyyəsinə
gücünə uyğun qurmağı nəzərdə tutur. Təlim gücə uyğun olmadıqda tələbədə özünə 
inamsızlıq baş qaldırır, müəllimin zəhməti, səyi hədər gedir. Bunun üçün elmi 
informasiyaların həcmi, çətinliyi, mənimsənilmə tempi tələbələrin real təhsil 
imkanlarına uyğun qurulmalıdır. Müvafiqlik prinsipi bir neçə qaydada həyata 
keçirilir: a) asandan çətinə; b) məlumdan məchula (məchulu məlum əsasında 
öyrətmək); c) ümumidən xüsusiyə (obyekt haqqında ümumi təsəvvür verdikdən 
sonra onun xüsusi hallarına keçmək); ç) sadədən mürəkkəbə (sadə məsələlərdən 
tədricən mürəkkəb məsələlərə keçmək). Təlimdə fərdi yanaşma prinsipi. Bu prinsip 
təlimdə tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almağı, hər kəsin inkişafı üçün 
əlverişli şərait yaratmağı və təlimdə uğurlu fərdi cığırını tapmağı tələb edir. 
Təlimdə fərdi yanaşmanın vacibliyi onunla bağlıdır ki, qrupdakı tələbələrin qüvvə 
və imkanları eyni deyildir: bəziləri təlim materialını tez qavrayıb uzun müddət 
yadda saxlaya bildikləri halda, başqaları gec öyrənib tez də unudurlar. Müəllim bu 
göstəricilər üzrə hər bir tələbənin fərdi xüsusiyyətlərindən çıxış edərək təlimdə 
fərdi yanaşmanı həyata keçirir. Bu prinsipin tətbiqində müxtəlif qaydalar əsas 
götürülür: - tələbələrin fərdi maraq və qabiliyyətlərini inkişaf etdirmək; - fərdi 
fərqlərdən çıxış edərək tapşırıqları fərdiləşdirmək və diferensiallaşdırmaq; - zəif və 
yaxşı oxuyan tələbələrlə onların səviyyələrinə uyğun iş aparmaq (fərdi tapşırıqlar, 
əlavə məşğələlər, məsləhətlər və s.), müəllimin köməyini fərdiləşdirmək; - fərdi 
tədris planı ilə təhsil alan tələbələrlə fərdi işi gücləndirmək.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin