M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v
3. Bacarıq və vərdişləri formalaşdıran metodlar. Bu metodlar nəzəri biliyi tətbiq
etdirməklə bacarıq və vərdiş yaratmaq məqsədi güdür. Bu qrupa çalışmalar, praktik və
laborator işlər, didaktik oyunlar və s. daxildir. Çalışmalar metodu bir çox fənlərdə
geniş yayılmış metoddur. Çalışmalar müxtəlif növdə olur: yazılı, şifahi, qrafik, musiqi,
bədən tərbiyəsi çalışmaları. Tələbələrin müstəqillik səviyyəsindən asılı olaraq
çalışmaların üç tipi ayırd edilir: nümunə üzrə çalışmalar (hazır nümunə əsasında icra
edilir), variativ çalışmalar (biliklərin yeni şəraitdə tətbiqinə əsaslanır), yaradıcı
çalışmalar (biliklərin müxtəlif hallara yaradıcı tətbiqinə əsaslanır). Praktik işlər nəzəri
bilikləri hər hansı əməli işlərə tətbiq etmək metodudur: ölçmə, hesablama işləri, tədris-
təcrübə sahəsində iş, bitki becərilməsi, təcrübəçilik və konstruktorluq işləri və s.
Praktik işlər müəllimin təlimatı ilə başlayır: müəllim nəyi və necə görmək haqda
izahat verir. Sonra tələbələr əməli işi müstəqil yerinə yetirirlər. Müəllim bu zaman
nəzarət edir, istiqamət verir. Axırda görülmüş işlər yekunlaşdırılıb qiymətləndirilir.
Laborator məşğələlər tələbələrin müstəqil təcrübələr və müşahidələr aparması
metodudur. Məs., mikroskop altında canlıları öyrənmək, hava, bitki və heyvanlar
üzərində uzunmüddətli müşahidələr aparmaq, müxtəlif təcrübələr qoymaq və s. belə
işlərdəndir. Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar.
Frontal məşğələdə bütün tələbələr eyni işi, təcrübəni yerinə yetirir, praktikum zamanı
isə kiçik qruplarla (3-5 nəfərlik) müxtəlif işi, təcrübələri icra edirlər. Didaktik oyun
metodları biliklərin möhkəmləndirilməsi, tətbiqi məqsədi güdən idrak oyunlarıdır. Son
vaxtlar işgüzar rollu oyunlardan geniş istifadə olunur. Məs., xarici dil dərslərində
tələbələrə müxtəlif rollar (səyyah, müəllim, həkim, satıcı, alıcı, sürücü və s.) tapşırılır,
hərə
öz
rolunu
ifa
edir.
Bu
metodla
keçilən
eksperimental
dərslər
(Q.Kitayqorodskayanın intensiv metodu) göstərir ki, tələbələr xarici dili daha tez və
həvəslə öyrənirlər.