təcrübə qoymaq, nəticələr çıxarmaq bacarıqlarına yiyələnirlər. Onlarda elmə, elmi-
tədqiqata maraq yaranır. Bu da gələcəkdə elmi fəaliyyətə hazırlaşan tələbə və
magistrlər üçün çox vacibdir. Laborator məşğələlər müxtəlif vəzifələri yerinə yetirir: -
nəzəri biliklərin müasir texniki baza əsasında tətbiqini öyrətmək;
- gələcək mütəxəssis üçün zəruri olan bacarıq və vərdişlər formalaşdırmaq;
- tələbələrdə tədqiqatçılıq maraqları və qabiliyyətini inkişaf etdirmək.
Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar.
Frontal
məşğələlər zamanı qrupdakı bütün tələbələr hər biri ayrılıqda (yaxud cüt tərkibdə) eyni
təcrübəni, eyni işi yerinə yetirirlər. Belə təcrübələr mövzunun keçirilməsi ilə eyni
vaxtda aparılır. Praktikumlar (səpəli məşğələlər) cihazların sayı az olduqda kiçik qrup
tərkibində, həm də müəyyən mövzular və bəhs bitirdikdən sonra keçirilir. Belə
məşğələlərdə daha mürəkkəb tapşırıqlar yerinə yetirilir. Məsələn, kondensatorun
həcminin
ölçülməsi, işıqlanma qanunlarının öyrənilməsi (fizika), üzvi və qeyri-üzvi
maddələrin sintezi, istilik, torpaq və ərzaq məhsullarının tədqiqi (kimya) və s.
Laborator məşğələlərin quruluşu praktik məşğələdəki mərhələlərə uyğun gəlir: giriş,
işin icrası, nəzarət, yekun mərhələləri. Laborator məşğələnin səmərəli təşkili üçün
müəyyən pedaqoji şərtlərə əməl edilməlidir:
a)tələbələrin məşğələlərə nəzəri hazırlığını təmin etmək;
b) onların
müstəqilliyini, tətqiqatçılıq maraqlarını stimullaşdırmaq, təcrübə və
eksperimentlərə yaradıcılıq, tədqiqat elementləri daxil etmək;
c) tələbələri elmi idrak metodları, eksperimentin ümumi metodikası ilə silahlandırmaq;
ç) onları təlimdənkənar elmi işlərə ‒ elmi dərnəklərə, tələbə
elmi cəmiyyətinə cəlb
etmək, tələbələrə öz səviyyələrinə uyğun fərdi-diferensial yanaşmanı həyata
keçirtmək;
d) tələbələrin tədqiqatçılıq maraqlarını peşə-ixtisas yönümü ilə əlaqələndirmək.
Təlimin nəzərdən keçirilən praktik formaları düzgün təşkil edildiyi şəraitdə nəzəri
bilikləri
təcrübəyə tətbiq etmək, onlardan əməli peşə fəaliyyətində müstəqil və
yaradıcı şəkildə istifadə etmək bacarıqlarının formalaşmasında mühüm rol oynaya
bilər.
Dostları ilə paylaş: