təlimin təşkili formaları, tələbə elmi tədqiqat işləri, ali məktbədə pedaqoji təcrübə, ali
məktəbin müəllim və tələbələrinin fəaliyyətinin məzmunu ilə bağlı metodiki xarakterli
əsərlər yazılırdısa, 80-ci illərdə problemlə bağlı sistemli tədqiqatlar aparılmağa
başlandı. Ali pedaqoji təhsil
sistemində tələbələrin tədris, elmi və ictimai
fəaliyyətlərinin qarşılıqlı əlaqəsi, tələbə kollektivində şəxsiyyətin tərbiyəsinin pedaqoji
əsasları, pedaqoji fakültə tələbələrində yaradıcı təxəyyülün tərbiyəsi problemləri
namizədlik dissertasiyası (T.Məmmədov. A.Həsənov, G.Axundova, M.Dadaşova)
səviyyəsində tədqiq edildi. N.Əhmədov, S.Axundov, S.Paşayev və B.Bəşirovun ali
məktəb pedaqogikasının mühüm problemi ilə bağlı araşdırmaları meydana gəldi.
M.Ə.Muradxanov müəllimlər üçün «Ali məktəb mühazirələri» (1976) adlı metodik
vəsait hazırladı. Burada ali məktəbdə mühazirəyə verilən pedaqoji tələblər,
mühazirə
zamanı əyani və texniki vasitələrdən istifadə edilməsi məsələləri işıqlandırıldı.
Mühazirəyə hazırlaşmağın yolları ilə bağlı tövsiyələr verildi. 80-ci illərdən tələbə
gənclərin ictimai fəallığının məzmun və mahiyyəti, kriteriyalan, səviyyələri, motivləri,
formalaşması amilləri, demoqrafik məsələləri ilə bağlı ilkin araşdırmalar
(F.Məmmədov) meydana gəldi. Ali məktəb müəlliminə verilən etik tələblər, tələbə-
gənclərin öz müəllimlərini qiymətləndirərkən əsaslandığı
mənəvi dəyərlər, müəllim-
tələbə münasibətlərinin inkişaf dinamikası, ali məktəbdə pedaqoji ünsiyyəti
şərtləndirən amillər, ali məktəb müəlliminin elmi-pedaqoji ustalığının, ictimai
fəaliyyətinin tələbə şəxsiyyətinin formalaşmasına təsiri, ali məktəb müəlliminin əxlaqi
siması, tələbə gənclərin əxlaqi-psixoloji xüsusiyyətləri və inkişafını şərtləndirən
etnopsixoloji faktorların müəyyənləşdirilməsi ilə bağlı A.Həziyevin
silsilə
məqaləjələri nəşr olundu. Ali məktəbdə seminar məşğələlərin əhəmiyyəti, mahiyyəti,
mərhələləri, növləri, seminar məşğələləri ilə mühazirə arasında qarşılıqlı əlaqə,
seminar məşğələlərinə hazırlıq və keçirilməsi, seminarda müəllimin rəhbər rolu,
seminar məşğələlərində tələbələrin müstəqil işi və ali
məktəbdə təlimin seminar
formasının təşkili ilə bağlı digər vacib məsələlər Ə.S.Tağıyevin «Ali məktəbdə
seminar məşğələlərinin aparılmasına aid metodik göstəriş) (1984) öz ifadəsini tapdı.
1989-cu ildə A.Qurbanovun «Kurator və tələbə» adlı kitabı nəşr olundu. Kitabda ali
məktəbdə kuratorun fəaliyyəti ilə bağlı, demək olar ki, bütün məsələlər (kurator işinin
mahiyyəti, təşkili, hüquq və vəzifələri, kuratorun şəxsiyyəti tərbiyə amili kimi və s.)
əhatə olundu və beləliklə, ali məktəb kuratorlan üçün kompas rolunu oynadı. 90-cı
illərdə Azərbaycan AAK-nın qərarı ilə bütün ixtisaslar üzrə aspirant və dissertantların
ali məktəb pedaqogikasından minimum imtahanı verməsi, universitet və institutların
magistraturasında ali məktəb pedaqogikasının tədrisi ali məktəb pedaqogikası ilə bağlı
tədqiqatlann daha geniş vüsət almasına şərait yaratdı. B.Bəşirovun «Ali
məktəb
pedaqogikası» (APU. 1992) və «Ali məktəb didaktikası» (1992) kitabları nəşr olundu.
1999-cu ildə N.Kazımov «Ali məktəb pedaqogikası» adlı dərslik hazırladı. Dərslikdə
pedaqogikanın nəzəri-metodoloji məsələləri, pedaqogika elminin sahələri, digər
elmlərlə əlaqəsi, tədqiqat üsulları
və pedaqoji cərəyanlar, pedaqoji prosesdə təlim,
tərbiyə, təhsil və psixoloji inkişafın vəhdəti, pedaqoji prosesdə ziddiyyət,
qanunauyğunluq və qanun anlayışları, pedaqoji prosesin ümumi prinsipləri, əsas
mərhələləri, üsulları, təşkili formaları kimi ümıımpedaqoji məsələlər şərh olundu.
Bununla yanaşı, magistratura pilləsində pedaqoji təcrübə,
ali məktəbdə elmi-tədqiqat
işi, ali məktəbdə yüksək ixtisaslı elmi- pedaqoji kadrların hazırlanması, ali məktəbdə
rəhbərlik və pedaqoji nəzarət kimi sırf ali məktəb pedaqogikasının problemləri də
özünün ətraflı şərhini tapdı. Hazırda ADPU-nun (H.Əhmədov, F.Rüstəmov,
M.Həsənov, H.Bayramov, İ.İsayev, M.İlyasov, K.Quliyeva, H.Cəfərov, BDU-nun
(N.Muxtarova, H.Əlizadə, T.Dadaşova, A.Həziyev, F.Məmmədov, R.Mahmudova,
S.Allahverdiyeva, N.İmamverdiyeva). Dillər Universitetinin (N.Kazımov, F.Sadıqov),
Azərbaycan Müəllimlər İnstitutunun pedaqogika kafedralarında {R.Hüseynzadə,
A.Həşimova), Təhsil Problemləri İnstitutunun müvafiq şöbələrində (A.Mehrabov.
A.Abbasov, Ə.Agayev, V.Xəlilov, R.Əliyev) ali məktəb pedaqogikasının bu və ya
digər problemləri ilə bağlı araşdırmalar aparılır,
proqramlar tərtib olunur, dərslik və
dərs vəsaitləri hazırlanır.
Dostları ilə paylaş: