3. Elmi dərəcələr və adların verilmə tarixi
Elmi dərəcələr və adlar ali təhsil müəssisəsində mütəxəssisin təlim-tərbiyə
prosesində rolunun, elmi kvalifikasiyasınm rəsmi surətdə müəyyənləşdirilməsi, elmi
dərəcələrin və elmi adların verilməsindən ibarət attestassiyası formasıdır. Elmi ad
alimin elmi kadr hazırlığında, tədris və elmi ədəbiyyatın yazılmasında xidmətlərinin
elmi cəmiyyət tərəfindən rəsmi surətdə qeyd edilməsi, dəyərləndirilməsi deməkdir.
Elmi dərəcələrin verilməsi ilk universitetlərin yaranması ilə bağlı olmuşdur. XII əsrdə
ilk «hüquq doktoru» dərəcəsi Boloniya universitetində, «təbabət doktoru» dərəcəsi isə
İtaliyadakı Salem İnstitutunda müəyyənləşdirilmişdir. XIII əsrdə Paris Universitetində
((ilahiyyat doktoru» dərəcəsi müəyyənləşdirildi.
Meydana gəldiyi ilk dövrlərdə
«doktor» (latınca «doktors» sözündən götürülüb «müəllim» deməkdir) biri-birinə
yaxın mənada işlədilir və biri- birini əvəz edirdi. Doktor dərəcəsini almazdan öncə
«lisenziat» (latınca «licenciatus» - «hüququ olan» deməkdir) dərəcəsi alınmalıydı.
Buna nail olmaq üçün iddiaçı imtahan verməli və yazı işi təqdim etməliydi.
«Magistr»- «bakalavr» (latınca «baccalaureııs» - (meyvə, idafnə çələngi» deməkdir)
ixtisas üzrə imtahandan müvəffəqiyyətlə çıxmış adamlara verilirdi. «Magistr» -
«doktor» dərəcələrinin ierarxik sistemi XV-XVII əsrlərdə formalaşdı, universitetlərin
nizamnaməsində özünə status qazandı. «Bakalavr», «lisenziat» aşağı dərəcələr hesab
olunurdu. Onların alınma qaydaları nisbətən sadə idi. Yüksək dərəcələri almaq
qaydaları isə daha mürəkkəb idi. Bir sıra ölkələrdə magistr dərəcəsi almaq üçün
iddiaçı ixtisas üzrə imtahan verməli olurdu. Dərəcələrin verilməsi elm aləminə daxil
olmağın simvolu olan çoxlu təntənələr və tədbirlərlə qeyd olunurdu. Universitetlərin
korporativ (latınca corporatio - şirkət deməkdir, Bir sözlə, peşəyə mənsub adamların
ittifaqı, birləşməsi, cəmiyyəti) təşkili zamanı «magistr» dərəcəsi ancaq hər hansı bir
universitet daxilində müəllim vəzifəsini tutmaq hüququ verirdi. «Doktor» dərəcəsi
almış mütəxəssis isə müstəqil olaraq həm elmi tədqiqatçılıq, həm də müəllimlik
fəaliyyəti ilə məşğul ola bilərdi. XVI-XVII əsrlərdə İtaliya və Almaniya
universitetlərində dissertantlara elmi rəhbərlik praktikası yarandı. Elmi rəhbər ancaq
elmlər doktorları ola bilərdi. Elmi rəhbər dissertasiyanın mövzusunu müəyyənləşdirir,
onu elmi surətdə dəyərləndirir və dissertantı «doktor» kimi təqdim edirdi. XVII ərdə
ilk çap olunmuş dissertasiya işləri meydana gəldi. XVIII əsrdə universitetlərin dövlət
müəssisələrinə çevrilməsilə əlaqədar dissertasiya müdafiəsinin Elmi Şuranın kollegial
iclasında keçirilməsi praktikasının əsası qoyuldu. XIX əsrdə elmi dərəcələrin
verilməsinə qanunvericiliklə dövlət orqanları nəzarət etməyə başladı. «Elmlər
doktoru» ən yüksək dərəcədir. Bir sıra xarici ölkələrdə doktor elmi dərəcəsi dəqiq
ixtisaslaşmanı əks etdirmir; «fəlsəfə doktoru” dərəcəsi humanitar və təbiət elmləri üzrə
müvafiq mütəxəsisslərə verilir. Böyük Britaniyada və Britaniya sistemindən istifadə
edən bir sıra digər ölkələrin universitetlərində «fəlsəfə doktoru» (doktor of
philosophy) dərəcəsi fəlsəfə fakültəsi tərəfindən humanitar sahə mütəxəssislərinə
verilir. Təbiət elmləri üzrə mütəxəssislərə isə «elmlər doktoru» (doktor of scien)
dərəcəsi verilir. Fransada və Fransa tipli ali təhsil sisteminə malik ölkələrdə «doktor»
dərəcəsi bir neçə səviyyəni (pilləni) əhatə edir: ən aşağı səviyyə - üçüncü səviyyəli
doktor (clocteur de troisieme cycle) universitetdə təhsilin beşinci və altıncı illərində
verilir. Buna nisbətən yüksək səviyyə - «universiiet doktoru» (dokteur de
J'Universitete) adlanır. Bu səviyyə 1897-ci ildə müəyyənləşdirilmişdir və dissertasiya
müdafiəsindən sonra təqdim edilir. Xarici vətəndaşlar da nisbətən yüngülləşdirilmiş
tələblərlə dissertasiya müdafiəsindən sonra bu elmi səviyyəni qazana bilərlər. Ən
yüksək səviyyə «dövbt dokionı» (dokteur de İ'Etai) adlanır. Bu səviyyəyə çatmaq üçün
iki çap olunmuş dissertasiya təqdim olunmalıdır. Əsas dissertasiyanın (these
prinsipale) mövzusu dissertant tərəfindən seçilir, əlavə dissertasiyanın (these
complementaire) mövzusunu işə müvafiq fakültə müəyyənləşdirir. 1935-ci ildə
Almaniyada «elmlər doktoru» dərəcəsi ilə yanaşı, ((universitet doktoru» vəzifəsini
tutmağa imkan verən dərəcə - müəyyənləşdirildi. Almaniya Federativ
Respublikasında doktor diplomunda doktorluq imtahanından alınmış qiymət və
müdafiəyə verilən qiymət qeyd olunur. Bu ölkədə, habelə Avstriya və İtaliyada yalnız
«doktor» dərəcəsi mövcuddur. Bir sıra ölkələrdə mütəxəssisin elmi xidmətlərini qeyd
etmək məqsədilə fəxri dərəcə ((elmlər doktoru» (honoris causa-qısa şəkildə - h.s)
müəyyənləşdirilmişdir. Yaponiyada «magistr» (shusi) dərəcəsi bütün elmlər üçün
müəyyənləşdirilmişdir. Bolqarıstan, Rumıniya, Çexiya və Slovakiyada «magistr»
dərəcəsi əllinci illərdə müasir ((elmlər namizədi dərəcəsi ilə eyniləşdirildi. Fransada,
Polşada, İsveçrədə, Danimarkada, Norveçdə və əksər Latın Amerikası ölkələrində
universiteti bitirən məzunlara (bu zaman xüsusi dissertasiya təqdimatına ehtiyac
olmur) «magistr» adı verilir. Finlandiya, Yunanıstan, İspaniya, Portuqaliya, Meksika
və Ekvadorda «magistr» dərəcəsi əvəzinə ((lisenzicıt» dərəcəsi təqdim edilir. Bu adı
almaq üçün imtahan vermək və çap olunmuş əsər təqdim etmək lazımdır. İsveçrədə,
Latın Amerikası ölkələrində elmi dərəcələr sistemi daha geniş diferensiasiyaya
uğramışdır; ali təhsili başa vuranlar «lisenziat» adını alır. Ən aşağı elmi dərəcə
«bakalavr» hesab olunur. Bu ad ixtisasa girişlə bağlı tədris fənlərindən imtahan verən
iddiaçılara verilir. Rusiyada elmi dərəcələr XIX əsrdə təsdiq edildi. 1803-cü ildən
başlayaraq fəlsəfə və hüquq fakültələrində üç pilləli sistem nəzərdə tutulurdu:
universitet namizədi, magistr, doktor, tibb fakültəsində isə təbabət doktoru. Elmi
dərəcələr universitet nizamnaməsi əsasında verilirdi. 1819-cu ildə Xalq Təhsili
Nazirliyi Rusiyanın bütün universitetləri üçün «Elmi dərəcə almaq üçün Əsasnamə»
qəbul etdi. Bu Əsasnaməyə görə, bütün əlaçı məzunlara «universitet kandidatı» adı
verilirdi. Digər məzunlar isə bu adı almaq üçün müəllimlərin nəzarəti altında inşa
yazmalıydılar. Magistr imtahanı iki, doktor imtahanı dörd sualdan ibarət olurdu.
Onlara yazılı cavab verilməliydi. Doktorluq dissertasiyaları latın dilində yazılmalıydı.
«Elmlər namizədi» və «doktor» fakültənin adı ilə adlanırdı. Magistr adı isə on dörd
ixtisas istiqamətlərindən biri əsasında müəyyənləşdirilirdi. «Magistr» və «doktor»
dərəcəsi Xalq Təhsili Naziri tərəfindən təqdim olunurdu. 1837-ci ildə magistr və
doktorluq imtahanlarında sualların sayı azaldıldı. Filologiya və təbabət üzrə
dissertasiya yazmaq üçün latın dili vacib hesab olunurdu. İxtisaslaşmamış «doktor»
dərəcəsi yalnız hüquqşünaslar üçün saxlandı. «Hüquq doktoru», «riyaziyyat elmləri
doktoru», «təbiət elmləri doktoru», ümumi dilçilik doktoru», «Şərq dilçiliyi doktoru)
kimi elmi adlar müəyyənləşdirildi. 1844-cü ildə «Elmi dərəcələrin verilməsi haqqında
Əsasnamə» ilə «magistr» dərəcəsinin verilməsi 22 ixtisas üzrə müəyyənləşdirildi.
Dissertasiyaların latın dilində yazılması tələbi ləğv olundu. Yalnız təbabət üzrə
doktorluq dissertasiyaları 1859-cu ilə qədər latınca yazılırdı. 1863-cü ildən başlayaraq
universitet nizamnaməsi Elmi Şuraya dissertasiya müdafiə etmədən görkəmli alimlərə
«fəxri doktor» adı və imtahansız «magistr» dərəcəsi vermək hüququnu təsdiqlədi.
Alimin ixtisasını müəyyənləşdirən elmlərin sayı universitetin kafedralarına uyğun
olaraq 1864-cü ildən başlayaraq artırıldı.
XIX əsrin 60-cı illərində əlyazması formasında olan dissertasiyalar çap olunmuş
dissertasiyalarla əvəz olundu. Dissertasiyanın məzmunu və müdafiəyə təqdim olunan
əsas elmi müddəaların «Elmi məqalələr məcmuəsində», universitetin «E1mi
əsərlər»ində, sahə jurnallarında məqalə və tezis şəklində çap olundu. Rusiyanın hər
hansı bir universitetində müdafiəyə buraxılmayan dissertasiya müdafiə üçün başqa
universitetə təqdim oluna bilərdi. 1884-cü ildə fakültələr xüsusi hallarda magistr
dissertasiyası üçün «doktor» adı vermək hüququ qazandı.
1917-ci il oktyabr çevrilişindən sonra Rusiyada elmi dərəcələrin verilməsində
müəyyən dəyişikliklər edildi. 1934-cü ilin yanvarında, daha sonra isə 1937-cü ildə
“elmlər namizədi» və «elmlər doktoru» kimi elmi dərəcələrin verilməsinin yeni
qaydaları müəyyənləşdirildi, namizədlik minimumları və dissertasiya müdafiəsi
qaydaları dəyişdirildi. 1934-cü ildə keçmiş SSRİ məkanında Ümumittifaq Ali
Attestasiya Komissiyası (ÜAAK) fəaliyyətə başladı. 1949-cu ildən dissertasiyanın
müdafiəsi üçün çap olunmuş avtoreferatın, 1958-ci ildən dissertasiyanın mövzusu üzrə
çap olunmuş məqalələrin olması tələbi qoyuldu. 1973-cü ildə dissertasiyanın həcmi
dəyişdirildi. Keçən əsrin 70-80-cı illərində mütəxəssis kvalifikasiyasıfizika, riyaziyyat,
kimya, biologiya, geologiya-minerologiya, coğrafiya, texnika, hüquq, pedaqogika,
psixologiya, təbabət, incəsənət, arxitektura ixtisasları üzrə müəyyənləşdirilirdi. Hər bir
elm daxilində sonrakı diferensiasiya nəzərdə tutuldu (bütövlükdə 500 ixtisas üzrə).
1992-ci ildən elmi dərəcələr və elmi adlar xüsusi ixtisaslaşmış dissertasiya şuralarında
verilməyə başlandı. 1994-cü ildə Rusiya Federasiyası tərəfindən yeni müdafiə
qaydaları təsdiqləndi.
İlk dəfə olaraq ali məktəbdə professor (latınca «professor»- müəllim deməkdir)
statusu XVI əsrdə Oksford universiteti tərəfindən müəyyənləşdirilib. Sonralar bir sıra
ölkələrdə «ordinar professor» (ştatda) və «ekstra ordinar» (ştatdankənar) professor
dərəcələri tətbiq olundu. Dosent (latın sözü docens, docentis-öyrədən, təlim edən
deməkdir) adı ən aşağı elmi dərəcəsi olan şəxslərə verilirdi.
Dostları ilə paylaş: |