verilməsinə tələbkarlığın artırılması gözlənilir. Ali məktəb vəzifələrinə seçkilərdə
ancaq doktorların iştirakı məqsədəuyğun hesab olunur.
2005-2006-cı tədris ili üçün respublikamızda ali məktəblərin magistraturasına yeni
qəbul qaydaları müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının dövlət və
qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş qeyri- dövlət ali
məktəblərinin magistraturasına qəbul mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.
Ümumiyyətlə,
müxtəlif
ölkələrin
akademik
və
elmi
dərəcələrin
verilmə
reqlamentlərində, strukturu, sertifikat və diplomların forma və xüsusi çəkisində bir çox
oxşar cəhətlər var. Lakin bununla belə iki elə ölkə tapmaq mümkün deyil ki, təhsil
modelləri, diplomlar və onların əldə olunması üçün verilən tələblər və qoyulan şərtlər
biri-birinin eyni olsun. Ayrı-ayrı ölkələrdə bakalavr, magistr, fəlsəfə doktoru, elmlər
doktoru, mütəxəssis, lisenziat, tədqiqatçı və digər dərəcələri özündə əks etdirən təhsil
sənədləri mövcuddur. Hər bir ölkə bu sənədlərə özünəməxsus kriteriyalarla yanaşır.
Azərbaycan Respublikası öz təhsil sisteminin inkişaf prioritetlərini Avropa məkanında
gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Uzun illər boyu elmlər
namizədi və elmlər doktoru strukturu ilə fəaliyyət göstərən Azərbaycanda bu gün
fəlsəfə doktoru və elmlər doktoru modelinə keçid ideyası əsas götürülür. 2003- cü ilin
may ayında respublika hökuməti «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların
tanınması və ekvivaientliyinin müəyyən edilməsi (nostrifikasiyası)» qaydalarını təsdiq
etmiş. Təhsil Nazirliyində yaradılan xüsusi komissiya bu istiqamətdə real fəaliyyətə
başlamışdır.
Dostları ilə paylaş: