mənimsənilir. Tələbələrin əksəriyyətinin ümumi rəyinə görə, öz elmini dərindən bilən,
sevən və böyük həvəslə tələbələrə öyrədən müəllimlərə – nüfuzlu alimlərə
məşğələlərdə “bilmirəm” deməyə adam utanır.
Pedaqoji peşəkarlıq müəllimdən bir sıra peşə keyfiyyətləri tələb edir:
Ünsiyyətçilik – tələbənin daxili aləminə nüfuz etməyə imkan verir;
Özünü ələ almaq bacarığı – müəllimə öz hisslərini idarə etməyə, özünə nəzarət etməyə
imkan verir;
Təkidlilik – qarşıya
qoyulmuş məqsədə çatmağa, prinsipial olmağa kömək edir;
Qarşılıqlı anlaşma – müəllim və tələbə bir-birini
başa düşməyəndə ünsiyyətdə
soyuqluq, bəzən də münaqişə yaranır;
Qayğıkeşlik – gənclərin qəlbinə qayğı ilə yanaşdıqca onlar tərbiyəçi üçün açıq olur;
yalnız özünü sevər eqoist müəllim yaxşı tərbiyəçi ola bilməz;
Nikbinlik və yumor hissi – kollektivdə nikbin, şən ovqat yaratmağa imkan verir. Bu
keyfiyyətlərlə yanaşı peşəkar müəllim yeni
pedaqoji təfəkkürə yiyələnməli, idrak və
praktik məsələlərin həllinə yaradıcı şəkildə yanaşmağı bacarmalıdır,
tələbələrdə
müstəqil, tənqidi, yaradıcı, dialektik təfəkkürün inkişafı qeydinə qalmalıdır.
Dostları ilə paylaş: