Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Təlimin elmi fəaliyyətlə əlaqələndirilməsi prinsipi



Yüklə 209,22 Kb.
səhifə22/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   80
Ali mekteb Pedaqoqikasi

Təlimin elmi fəaliyyətlə əlaqələndirilməsi prinsipi. Bu prinsip ali məktəbdə təlim prosesini elmi fəaliyyətlə vəhdətdə aparmağı nəzərdə tutur. Onun əsasında belə bir qanun durur: təlim və elmi fəaliyyət bir-birilə nə qədər düzgün və məqsədyönlü şəkildə əlaqələndirilirsə, tələbələr elmi axtarışlara geniş cəlb edilirsə, mütəxəssis hazırlığının keyfiyyəti bir o qədər yüksək olur. Prinsipin reallaşması müəyyən qaydalarla həyata keçirilir: - tələbələri yeni elmi kəşflərlə, eləcə də elmin həll edilməmiş problemləri ilə elmi metodlarla tanış etmək: - tələbələri elmi problemlərin həllinə cəlb etmək; - tədris prosesində elmi diskussiyalara geniş yer vermək; - tələbələrin təlim işini elmi işlə sıx əlaqələndirmək; - kafedraların elmi-tədqiqat işlərini mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək vəzifəsinə yönəltmək.
Təlimdə kollektiv və fərdi iş formalarının əlaqələndirilməsi prinsipi. Bu prinsip təlimin təşkilinin kollektiv və fərdi formalarını düzgün əlaqələndirməyi nəzərdə tutur. Ali məktəbdə təlimin kollektiv forması üstünlük təşkil etsə də elmi biliklərin mənimsənilməsi prosesi fərdi səciyyə daşıyır. Hər tələbənin zehni yükünü düzgün müəyyənləşdirmək və buna müvafiq olaraq onunla fərdi iş aparmaq lazım gəlir. Fərdi iş forması müxtəlif məzmunda ola bilər: icmal tərtibi; mühazirə mətnlərinin tərtibi; laborator və praktik işlərin icrası; proqramın nisbətən çətin mövzularının öyrənilməsi; yeni mövzu ilə bağlı əvvəllər keçilən materialların təkrarı; müəyyən problem üzrə ədəbiyyatla tanışlıq; ilk mənbələr üzərində iş, elmi iş və s. Tələbə fərdi iş formasında semestr ərzində hər fənn üzrə on tapşırığı yerinə yetirməlidir. Müəllim fərdi iş üçün tapşırıqları vaxtaşırı semestrdə üç dəfə (müəyyən qrafik üzrə) yoxlayıb qiymətləndirməlidir (on bala qədər). Bu prinsipin tətbiqi bəzi qaydalara əməl olunması ilə bağlıdır: - tələbələrin fərdi xüsusiyyətlərini, zehni və psixi inkişaf səviyyələrini, imkan və qabiliyyətlərini yaxşı öyrənmək və bu əsasda fərdi işi müəyyənləşdirmək; - fərdi işlə kollektiv işi düzgün əlaqələndirmək; - fərdi işləri tələbənin gücünə, hazırlıq səviyyəsinə uyğun olaraq optimal şəkildə aparmaq; - fərdi işləri vaxtaşırı (qrafik üzrə) yoxlayıb müvafiq balla düzgün qiymətləndirmək və tələbəni həvəsləndirmək. Nəzərdən keçirilən prinsiplər real təlim prosesində qarşılıqlı vəhdətdə tətbiq olunur və bir-birini şərtləndirir. Hər hansı prinsipə etinasızlıq göstərmək digər prinsiplərin də təsir gücünü zəiflədə bilər.



Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin