Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Müəllimin ideya-vətəndaşlıq keyfiyyətləri



Yüklə 209,22 Kb.
səhifə69/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   80
Ali mekteb Pedaqoqikasi

1. Müəllimin ideya-vətəndaşlıq keyfiyyətləri. Buraya müəllimin ideya inamı, məslək və əqidəsi, vətəndaşlıq yetkinliyi, siyasi şüurluluğu, elmi dünyagörüşü, sosial fəallığı, yüksək ziyalılığı kimi keyfiyyətlər daxildir. Müəllim yüksək əqidə, məslək sahibi, müəllim-Vətəndaş olmalıdır. O, xalqın, vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir.
2. Müəllimin peşə keyfiyyətləri. Buraya müəllimin dərin zehni biliklərə malik olması, yüksək ixtisas və peşə hazırlığı, pedaqoji-psixoloji və metodik ustalığı, təlim-tərbiyə işini yüksək səviyyədə həyata keçirmək bacarığı, nikbinlik, tələbkarlıq, məsuliyyət hissi, pedaqoji mərifət, tələbə psixologiyasına bələdlik, onlarla düzgün qarşılıqlı münasibətlər qurmaq bacarığı, tələbələrdə tədris etdiyi elmə və seçilən ixtisasa maraq yaratmaq bacarığı və s. daxildir. Müəllimin ən başlıca keyfiyyəti öz elmini dərindən bilməsi və sevməsidir. Təcrübə göstərir ki, sevilən fənn bir neçə dəfə tez və möhkəm mənimsənilir. Tələbələrin əksəriyyətinin ümumi rəyinə görə, öz elmini dərindən bilən, sevən və böyük həvəslə tələbələrə öyrədən müəllimlərə – nüfuzlu alimlərə məşğələlərdə “bilmirəm” deməyə adam utanır.
Pedaqoji peşəkarlıq müəllimdən bir sıra peşə keyfiyyətləri tələb edir:
Ünsiyyətçilik – tələbənin daxili aləminə nüfuz etməyə imkan verir;
Özünü ələ almaq bacarığı – müəllimə öz hisslərini idarə etməyə, özünə nəzarət etməyə imkan verir;
Təkidlilik – qarşıya qoyulmuş məqsədə çatmağa, prinsipial olmağa kömək edir; Qarşılıqlı anlaşma – müəllim və tələbə bir-birini başa düşməyəndə ünsiyyətdə soyuqluq, bəzən də münaqişə yaranır;
Qayğıkeşlik – gənclərin qəlbinə qayğı ilə yanaşdıqca onlar tərbiyəçi üçün açıq olur; yalnız özünü sevər eqoist müəllim yaxşı tərbiyəçi ola bilməz;
Nikbinlik və yumor hissi – kollektivdə nikbin, şən ovqat yaratmağa imkan verir. Bu keyfiyyətlərlə yanaşı peşəkar müəllim yeni pedaqoji təfəkkürə yiyələnməli, idrak və praktik məsələlərin həllinə yaradıcı şəkildə yanaşmağı bacarmalıdır, tələbələrdə müstəqil, tənqidi, yaradıcı, dialektik təfəkkürün inkişafı qeydinə qalmalıdır.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin